Tələbə yaradıcılığı - Gültəkin Məmmədovanın essesi ilə Featured

“Ədəbiyyatvə incəsənət” portalının “Tələbə yaradıcılığl” rubrikasındabugünsizlərə LənkaranDövlətUnveristetinintələbəsi GültəkinMəmmədovanınessesitəqdimedilir.

 

Hər çiçək bir insan, hər insan ayrı bir dünya...

 

İnsan övladı dünyaya gəldiyi andan etibarən özünəməxsus bir sıra xüsusiyyətlər qazanır və onları həyat boyu özündə daşıyır. Məncə, insanın formalaşmasında dörd əsas xüsusiyyət rol oynayır: xarakter, xasiyyət, davranış və ən əsası, düşüncə tərzi. İnsanı başqalarından fərqləndirən də bu xüsusiyyətlərin hər birinin özünəməxsusluğudur.

 

 Heç düşünmüsünüzmü: Yer üzündə təxminən 8 milyard 326 milyon insan yaşayır və onların hər biri fərqli quruluşa, fərqli daxili aləmə malikdir. Heç bir insan digərinin tam eyni ola bilməz, çünki hər kəsin daxili aləmi və fərdi xüsusiyyətləri özünəməxsusdur. Buna misal olaraq əkizləri göstərmək olar: onların xasiyyətləri, xarakterləri, davranışları və düşüncə tərzləri belə eyni olmur. Hətta eyni yumurtadan olan, genetik cəhətdən tamamilə eyni əkizlər də fərqli şəxsiyyətlərə sahib ola bilərlər.

 Görürsünüzmü, var oluşdan yox oluşa qədər bu dünyanın qəribəlikləri bitib-tükənmir: olub, olur və olmağa da davam edəcək. Mənə qəribə gələn məsələlərdən biri də budur: eyni bürcün proqnozunu oxuyan minlərlə insanın hərəsi “Şərh elə bil məni təsvir edir, sanki düz məni deyirsiniz” söyləyir. Bəziləri isə “Mən bu bürcün xüsusiyyətlərinə heç uyğun deyiləm” deyir. Hətta bu barədə aralarında mübahisə də yaranır: “Necə ola bilər?” Bəlkə insanları bürcünə, planetlərin düzülüşünə, yüksələn və enən bürclərinə, Aya, həftənin gününə, saata, hətta saniyəyə görə qruplaşdırmaq mümkündür. Ancaq ümumilikdə insanları müəyyən qruplara ayırsaq, onları anlamaq daha asan olar, deyə düşünürəm. Əlbəttə, bu barədə məndən əvvəl də düşünən çox insan olub.

İnsanları fərdi xüsusiyyətlərinə görə müxtəlif qruplara ayıran filosoflar, psixoloqlar və tədqiqatçılar var. Amma mən nə filosofam, nə psixoloqam, nə də tədqiqatçı; sadəcə, öz düşüncələrimi bölüşmək istəyirəm. Sadəcə düşüncələrimi bölüşmək istəyirəm. Ümid edirəm, məni düzgün anlayarsınız. Hər kəsin öz fikirlərini sərbəst şəkildə bölüşə bildiyi bir zamanda yaşayırıq.

Mənim fikrimcə, insanlar kimi çiçəklər də canlı orqanizmlərdir. Düzdür, çiçəklər danışa və fikirlərini ifadə edə bilmirlər, lakin onların da başqa canlılar kimi özünəməxsus xüsusiyyətləri və həyat prosesləri var. İndi sizinlə birlikdə insanları qruplara ayıracaq və bu qruplara çiçək adları verəcəyik. Hər çiçəyin özünəməxsus xüsusiyyəti, rəngi, qoxusu və yetişdiyi mühit var. Bunlara insan həyatı prizmasından baxdıqda, hər çiçək ayrı bir insan xarakterinə, taleyinə, yaşanmışlığa və duyğuya çevrilir.

Mənim üçün bu çiçəklər sadəcə təbiətin gözəllikləri deyil, insanın müxtəlif tərəflərini əks etdirən rəmzlərdir.

1. Nərgiz qrupuna aid insanlar

Bu tip insanlar nərgiz çiçəyi kimidirlər. Qışın soyuğunda, təbiətin susduğu, ətrafın solğunlaşdığı vaxtda belə açmağı bacaran nərgiz ümidin rəmzidir. Bu çiçək, həyatın ən çətin dövrlərində belə çətinliklər nə qədər ağır olsa da, gələcəyə inamını itirməyən və daxilində kiçik də olsa bir ümid işığı yaşadan insanları xatırladır. Hamının ümidsizliyə qapıldığı yerdə onlar yenidən başlamaq üçün səbəb tapırlar. Ağ qar örtüyünün altından baş qaldıran, sanki ağ buludların arxasından boylanan günəş kimi həyata ümidlə baxan insanlardır. İnsan yorulanda deyil, ümidini itirəndə ölür.

Nərgiz — hər şeyin bitdiyi düşünüldüyü anda belə yenidən başlamağa ümid edən insan.

2. Lotos qrupuna aid insanlar

Lotos bataqlığın içində yetişməsinə baxmayaraq, suyun üzərində təmiz və gözəl çiçək açır. Bu xüsusiyyət mənə həyatın ən çətin şəraitindən belə ayağa qalxmağı bacaran insanları xatırladır. Bəzən insan elə bir yerdə yıxılır ki, ətrafındakıların heç biri onun bir daha ayağa qalxa biləcəyinə inanmır. Lakin o, məhz yıxıldığı yerdən yenidən doğulur. Keçmişinin çətinliklərinə baxmayaraq, öz gözəlliyini və dəyərini qoruyur. Hamının qibtə ilə baxdığı, bacarıqlı, savadlı və gözəl hesab etdiyi bir insanın daxili aləminə nəzər salsaq, bugünkü halına gəlmək üçün nələrdən keçdiyini görərik. Təəssüf ki, insanlar çox vaxt daxilə deyil, zahiri görünüşə əhəmiyyət verir və mühakimələrini də buna əsasən aparırlar. Lotos kimi insanlar bunun bariz nümunəsidir. Bəzən insanların diqqəti həmin şəxsin haradan gəldiyinə, hansı çətinlikləri aşdığına deyil, niyə və guya hansı asan yolla bu yerə çatdığına yönəlir.

Lotos — ən çətin şəraitdən belə öz gözəlliyini itirmədən çıxmağı bacaran insan.

3. Papatya qrupuna aid insanlar

 Uşaqlıqdan tanıdığımız bir adət var: papatyanın ləçəklərini bir-bir qoparıb “sevir, sevmir” deyə yoxlamaq. İnsan bəzən öz zövqünü və istəyini təmin etmək üçün çiçəyin gözəlliyini nəzərə almadan onun ləçəklərini qoparır. Bu, öz zövqünü, həzzini və eqosunu təmin etmək üçün başqalarından istifadə edən insanları xatırladır. Əslində, ilk baxışda onlar da çox gözəl görünə bilərlər. Lakin öz zəifliyini qəbul edən insanların gözəlliyi deyil, özlərini qoyduqları səviyyə ön plana çıxır. Bu insanlara həyatın enişli-yoxuşlu yollarında daim cavab axtaranlar da daxildir. Fərq ondadır ki, onlar özləri üçün deyil, başqaları üçün düşünür, öz duyğularını isə daxilən bəsləyirlər. Bir gün ümidlənən, ertəsi gün məyus olan, bəzən seviləcəyinə inanan, bəzən isə bütün inamını itirən insanlar... Həyatın qarşılarına çıxardığı suallara cavab tapmaq üçün gah özlərini, gah da başqalarını sınayırlar. Bu isə başqalarından çox, özlərini incitmələrinə səbəb olur. Çünki cəmiyyətdə insanı çox vaxt olduğu kimi deyil, göründüyü kimi qəbul edirlər.

Papatya — suallarına cavab tapmaq üçün həyatın hər ləçəyində bir cavab axtaran insan.

4. Qərənfil qrupuna aid insanlar

Qərənfil mənim üçün sevginin rəmzidir. Lakin bu, hər zaman xoşbəxt sonluqla nəticələnən sevgi deyil. Bu, sevərək başlayan, bütün gözəlliyini və duyğularını qarşısındakı insana verən, lakin əvəzində dəyər görməyən insanların sevgisidir. Bəzən insan sevgisini elə birinə bəxş edir ki, həmin insan onun nə qədər qiymətli olduğunu anlamağı bacarmır. Qərənfilin özünəməxsus dik duruşu və içdən açan sıx ləçəkləri görünməz qalmır. Bu insanlar sevgi uğrunda özlərini qurban verir, saflıq, sədaqət və güvən nümayiş etdirirlər; amma əvəzində bəzən qızılgül kimi başqa çiçəklərlə dəyişdirilirlər.

Qərənfil — sevgisini əsirgəməyən, lakin sevgisinin qədrini bilməyən birinə rast gələn insan.

5. Qızılgül qrupuna aid insanlar

Qızılgül mənim düşüncəmdə gözəlliyin, zənginliyin, dəbdəbənin və maddi imkanların rəmzidir. Bu çiçək həyatını gözəllik, pul, sərvət və zahiri cazibə üzərində quran insanları ifadə edir. Onlar üçün həyatın dəyəri bəzən sahib olduqları ilə ölçülür. Gözəlliyin və zənginliyin yaratdığı cazibə onların dünyasında xüsusi yer tutur. Bu insanlar daim ön planda olmağı, diqqət mərkəzində qalmağı və şöhrət qazanmağı sevirlər. Bu tip insanlar qarşılarındakı insanın daxili aləmindən çox zahiri görünüşünə əhəmiyyət verirlər. bununla yanaşı çoc eqoist biridirlər.

Qızılgül — həyatın gözəlliyini sahib olduqları sərvətdə, dəbdəbədə və zahiri cazibədə axtaran insan.

6. Günəbaxan qrupuna aid insanlar

Günəbaxan günəşin istiqamətinə yönələn çiçəkdir. Mənim üçün isə bu çiçək çoxluğun getdiyi istiqamətə üz tutan, qəbul olunmaq üçün başqaları ilə eyni tərəfə baxan insanları ifadə edir. Məsələn, bəzi insanlar özlərinə uyğun olmayan tərzdə geyinir, sevmədikləri musiqini dinləyir, xoşlamadıqları yeməkləri yeyirlər; çünki toplumla eyni olmaq onlar üçün sakitlik, rahatlıq və güvənlik yaradır. Lakin bir gün başlarını əks istiqamətə çevirdikdə fərqlilikləri üzə çıxır. Artıq başqaları ilə eyni istiqamətə baxmadıqları üçün seçilir, anlaşılmır və bəzən təklənirlər. Bu, ətrafımdakı insanlar rok musiqisini sevir, mən isə retro musiqiyə üstünlük verirəm deyə, mənim onlardan fərqli və ya daha üstün olduğum demək deyil. Yaxud başqaları sosial şəbəkələrdə vaxt keçirərkən mən kitab oxuyuramsa, bu da məni avtomatik olaraq fərqli etmir. Hər insan özünəməxsusdur, amma insanın baxdığı istiqamət onu başqalarından fərqləndirə bilər. Əgər eyni toplumda hamı kimi yaşamaq adi haldırsa, mən həmin qəlibə sığmamağı, fərqli olmağı seçirəm. Günəbaxan kimi, bu insanlar da eyni istiqamətə baxanda toplum tərəfindən qəbul edilir, əks istiqamətə baxanda isə fərqlənirlər. İstəmədiyiniz istiqamətə baxaraq öz həvəslərinizdən vaz keçməyin; qoy fərqiniz sizə məxsus üslubunuz olsun.

Günəbaxan — çoxluğa uyğunlaşdığı müddətdə qəbul edilən, fərqli istiqamətə baxdığı anda isə təklənən insan.

7. Lavanda qrupuna aid insanlar

Lavanda xoş ətirli, insanın diqqətini çəkən və rəngi ilə valeh edən çiçəkdir. Lavandanın ətri insanı özünə bağlayır; qoxusu bir anda ətrafa yayılıb hər yanı bürüyür və sanki heç vaxt itməyəcəkmiş kimi hiss oyadır. Amma bəzən birdən yoxa çıxır, elə bil heç mövcud olmayıb. Buna baxmayaraq, yaratdığı təsir insanın yaddaşından silinmir. Bu, varlığı ilə insanı özünə alışdıran, yoxluğu ilə belə axtarılan insanları xatırladır. Narsist insanlar da bəzən belə olurlar: ilk təəssüratla sonrakı təəssürat arasında elə böyük uçurum yaranır ki, insan özünü həmin uçurumun dibində tapır. Bağlılıq yaradan insanlar təhlükəli ola bilərlər, çünki bağlılıq bəzən sevgidən də güclü olur. Lavanda kimi insanlar bunu çox yaxşı bacarırlar.

Lavanda — bir anda həyatını bürüyən, yoxluğunda belə qoxusunu və təsirini unutdura bilməyən insan.

8. Edelveys qrupuna aid insanlar

Edelveys yüksək dağlarda, əlçatmaz və çətin şəraitdə yetişən nadir çiçəkdir. Ona çatmaq asan deyil, hər kəs onu əldə edə bilməz. Bu xüsusiyyət mənə həyatda nadir rast gəlinən, qazanılması və tanınması çətin olan insanları xatırladır. Belə insanlar çətinliklər qarşısında asanlıqla təslim olmur, öz güclərini və dözümlülüklərini hər addımda göstərirlər. Onlara çatmaq üçün insanın özü də müəyyən sınaqlardan keçməlidir. Bu tip insanlar bir qədər eqolu, özünə güvənən və qürurlu olurlar; özlərini isə asanlıqla ələ vermirlər. Əgər həyatınızda edelveys tipli bir insan varsa, bilin ki, siz də bir edelveyssiniz, çünki onlar yalnız özlərinə layiq bildikləri, əlçatmaz dağları və dərələri keçərək onlara toxunmağı bacaran insanlara yaxın olurlar. Onların qüruru qarşı tərəfdə qürur, eqoları isə qarşı tərəfin eqosunu oyadır. Burada söhbət sadəcə özünə güvənməkdən getmir: belə bir insanla istənilən çətinliyin öhdəsindən daha asan gələ, bu mümkün olmasa belə, dözümlü və səbirli olmağı öyrənə bilərsiniz. Bir edelveysi əldə etmək onsuz da sizin nə qədər güclü və dözümlü olduğunuzu sübut edir.

Edelveys — əlçatmaz yüksəkliklərdə yetişən, əldə edilməsi çətin, lakin dözümlülüyü ilə öz gücünü sübut edən nadir insan.

9. Kameliya qrupuna aid insanlar

Kameliya rəngarəngliyi və zərifliyi ilə diqqət çəkən gözəl çiçək olsa da, birbaşa günəş işığını sevmir. Daha çox kölgəli və rütubətli mühitdə inkişaf etməyi üstün tutur. Mənim üçün bu, xarici görünüşü ilə rəngarəng, gözəl və diqqətçəkən olsa da, daxili dünyasında qapalı yaşamağı seçən insanları ifadə edir. Onlara nə qədər gözəllik, sevgi və diqqət bəxş edilsə də, öz dünyalarından çıxmaq istəmirlər. Onlar üçün sakitlik, tənhalıq və öz daxili aləmlərində yaşamaq daha doğmadır. Kameliya yetişdirilərkən torpağın daim yüngül nəm qalmasına diqqət edilməlidir; artıq su kökləri çürüdə, həddindən artıq quruluq isə qönçələrin tökülməsinə səbəb ola bilər. Bu, mənə daxili aləminə qapalı, eyni zamanda kaprizli insanları xatırladır. Onlar nə azla qane olur, nə də çoxla xoşbəxt olurlar. Həyatda hər şeyin ən yaxşısını istəyir, lakin heç nə ilə tam kifayətlənə bilmirlər. Hər şeyin məhz istədikləri ölçüdə, istədikləri zamanda və istədikləri şəkildə olmasını arzulayırlar. Bəzən ən yaxşısına sahib olsalar belə, başqa bir çatışmazlıq tapırlar. Onların dünyasında tarazlıq vacibdir, lakin həmin tarazlığı qorumaq heç də asan deyil. Yaşamaq üçün hər şey müəyyən tarazlıqda olmalıdır.

Kameliya — gözəlliklə əhatələnsə də, işıqdan çox kölgədə, insanların arasında deyil, öz qapalı dünyasında yaşamağı seçən; hər şeyin ən yaxşısını istəyən, nə azla kifayətlənən, nə də çoxdan razı qalan, həyatın hər detalının öz istədiyi ölçüdə olmasını gözləyən kaprizli insan.

 

Bəlkə də insan ömrü bu çiçəklərinhərbirindənbirazdaşıyır. Bəzənnərgizkimi ümidedir, lotoskimiyenidəndoğulur, papatyakimicavabaxtarır, qərənfilkimisevir, qızılgülkimiparlayır, günəbaxankimitəklənir, lavandakimiizburaxır, edelveyskimimübarizə aparır, kameliyakimitarazlığı qoruyur. Bəzənbirinsanındaxilində eyniandabirneçə çiçəkaçır; hərbirionunxarakterinin, yaşantısınınvə duyğularınınayrı birtərəfiniifadə edir. Bəzənisə heç bir çiçəkaçmır. Bəzəninsan ömrü boyuyalnızbir çiçəyinxüsusiyyətlərinidaşıyır. Heç kimtamamilə eynideyil; heç kiminhekayəsidigərininhekayəsinə bənzəmir. Bəsmənhansı çiçəktipliinsanam? Buyazını oxuduqdansonra, bəlkə də, “Məndə bu çiçəkkimiyəm” deyəninsanlarolacaq. Kimisi “Məndə bu çiçəkdəndə, obirindəndə birazvar” söyləyəcək, kimisiisə “Bu, elə biltamməndəndanışır” deyəcək. İnsanları izahetməyə köməkedə biləcəkdaha çox çiçəkvə insantipivar. Ammaməncə, indilikbunümunələrkifayətdir. Çünkimüasirtexnologiyanıntəsiriilə insanlargetdikcə bir-birinə bənzəyir, sankirobotlaşırlar: duyğularsabitləşir, düşüncələreyniləşir, gündəlikhəyatisə hərgüntəkrarlananplancədvəlikimieyniqaydadaqurulur. Bəlkə də buyazını qəzetdə, jurnaldavə yakitabdadərcetsəm, onuoxuyanlarınsayı çoxazolar. Ancaqinkişafedəntexnologiyavə sosial şəbəkələrvasitəsilə paylaşsam, minlərlə insanınqarşısına çıxabilər. Düşünürəmki, 1964-cü ildə çəkilmiş “Sehrlixalat” filmində elektronkitablarolsaydı, bugüninsanlaryenidənoyanar, oxuyarvə məlumatlanardılar. Çünkimüasirdövrbizitəkcə nə etdiyimizə deyil, nəyinecə etdiyimizə də diqqətyetirməyə yönəldir. Buisə insanlarındüşünmə tərzinineyniləşdiyinigöstərir: yeməyindadınınnecə olmasından çox, onunnecə göründüyünə əhəmiyyətveririk. Bəlkə indi özünüzə belə birsualverəcəksiniz: “Bəssənhansı çiçəktipliinsansan?” Mən özümü kaktustipliinsanhesabedirəm. Kaktuskənardansərtvə tikanlı görünsə də, busərtquruluşuniçində zərif çiçəkaçabilir. Bunagörə də dözümlülük, səbirvə sədaqətlə əlaqələndirilir. Kənardangörünüşü ilə daxilialəmi üst-üstə düşməyən, bildiklərinivə düşüncələrini özündə toplayanbiriyəm. Aydabirdəfə suvarılsabelə, kaktushəyatdaqalabilir; halbukisuhəyat üçünvacibolaniki şeydənbiridir. Məndə çoxazinsanınsevdiyi, qayğı göstərdiyivə dəyərinibildiyibirtipəm. Bəzəninsanlarmənisevdikləri üçündeyil, özləriniqorumaq üçünyanlarındasaxlayırlar. Pisenerjini özünə çəkib, əvəzində yaxşı enerjiverənbiriolduğumudüşünürəm.

Çünkihərinsanın öz çiçəyi, hər çiçəyin özrəngi, özqoxusuvə özhekayəsivar.

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.