Pərvanə Bayramqızının şeirlər kitabı çap olunub

İlk dəfə 2008-ci ildə oxuculara şeirlərini jurnalist İntiqam Mehdizadənin redaktorluğu ilə təqdim edən Pərvanə Bayramqızının 2026-cı ildə “İki aşiq” adlı növbəti şeir kitabı işıq üzü görüb.

 

“Ədəbiyyat və incəsənət” portalı məlum edir ki, “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs kitabın redaktoru olmaqla yanaşı, ona ön söz də yazıb.

Yazıçının şeir kitablarından başqa altı nəsr kitabı var.

“Füyuzat” nəşriyyatının növbəti nəşri olan kitaba onun həm yeniyetməlik dövründə, həm də sonrakı illərdə yazdığı şeirlər daxil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.