Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxıb

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tanınmış yazıçı-publisist Yunus Oğuzun "Qara Yusif" adlı tarixi romanı işıq üzü görüb.

 

"Üç kitab bir romanda" ( Birinci kitab: Əmir Teymur və Qara Yusif, ikinci kitab:vQara Yusif və teymurilər, üçüncü kitab: Qara Yusif və teymurilər hökmdarı Şahruh") konsepsiyası ilə təqdim olunan əsərdə Qaraqoyunlu dövlətinin hökmdarı Qara Yusifin həyat yolu, siyasi fəaliyyəti və yaşadığı dövrün mühüm tarixi hadisələri əksini tapıb.

Müəllif əsərdə tarixi faktları bədii təhkiyə ilə birləşdirərək oxuculara dövrün siyasi mənzərəsini təqdim edir.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.