"Bir şair, bir şeir" - İlqar İsmayılzadənin “Tanrı ilə pıçıltı" şeiri ilə... Featured

“Ədəbiyyat və incəsənət” portalının “Bir şair, bir şeir” rubrikasında bu gün sizlərə fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB və AYB-nin üzvü, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadənin sırf Azərbaycan türkcəsində qələmə alınmış, heç bir beyt, bənd və misrasında ərəb və fars sözlərindən istifadə edilməmiş şeiri təqdim edilir.

 

İlqar İsmayılzadə
TANRI İLƏ PIÇILTI...

Ey Tanrım, varlığın aydındır mənə,
İnancsız deyiləm ölməzliyinə.

Sən yaratdın məni bu aydın sudan,
Bu oddan, küləkdən, həm də torpaqdan.

Sən mənim görənim, eşidənimsən,
Sən mənim böyüyüm, tək güvənimsən.

Sən mənə əl tutub, bağışlayanım,
Çətin günlərimdə sənsən dayağım.

Mənə dəyər qatan, uğurlar verən,
Səninlə olmuşam düşünən, görən.

Sən güvənli Tanrım, mənsə bir kölən.
Etmə yaşamımı pisliyə dönən.

Hər bir yaranmışın yardımı sənsən,
Bir an əl götürməm mən ətəyindən.

“Ədəbiyyat və incəsənət”

(30.10.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.