Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, Qarakilsə rayonu Səki kənd İcmasının sədri, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist, Prezident mükafatçısı, Ombudsman Aparatının əməkdaşı Azadə Novruzova Fəxri Fərmanla təltif ediib.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan məlumat verilib.

 

Azadə Novruzova tanınmış şair, publisist və tədqiqatçıdır. O, şeirlər, esselər, sənədli povestlər və həmçinin tarixi-hərbi mövzulu əsərlərin müəllifidir. Azadə Novruzova 20-dən çox kitabın tərtibçisi və redaktoru olmaqla yanaşı, “Ovunmayan həsrət”, “Sən mənim ağ kitabım” adlı bədii əsərlərin və 200-dən çox elmi-publisistik məqalənin müəllifidir. Bir çox şeir və esseləri ingilis və rus dillərinə tərcümə edilib.

Azadə Novruzova Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Millət vəkili Əziz Ələkbərli tərəfindən Qərbi Azərbaycan İcmasının strateji məqsədlərinin həyata keçirilməsi, Qərbi Azərbaycanlıların təskilatlanması, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində xidmətlərinə görə və yubileyi münasibəti ilə Fəxri fərmanla təltif olunub.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.