Mayın “Ulduz”u işıq üzü gördü Featured

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ədəbiyyatsevərlərin, xüsusən ədəbi gəncliyin çox sevdikləri “Ulduz” jurnalının may sayı çapdan çıxıb. Jurnalın redaksiya heyəti bu dəfə oxucularını hansı yazılarla sevindirib? Dərhal jurnlın baş redaktoru Qulu Ağsəslə əlaqə saxladıq və dəyərli yazarımızdan bu açıqlamanı aldıq:

 

May nömrəsi Ay Bəniz Əliyarın özüylə söhbəti və şeirləri ilə açılır.

“Nəsr” bölümü İlqar Rəsulun “Hava limanı”, “Mamam”, Sabir Etibarlının “Gəlmə”, Orxan İsmayılovun “İlk əməliyyat”, Tural Turanın “Anamın vəsiyyəti”, Ülkər Yusifovanın “Çəhrayı xatirə”, “Yuxusuzluq”, Fidan Vahidin “Əyri kölgə”, Nadir Qocabəylinin “İydə ağacı” hekayələrini təqdim edir.

“Şeir vaxtı”nda Tural Cəfərli, Sevinc Qərib, Aynur Haqverdi, Zöhrab Mehdi,Firəngiz Sabirqızı, Elsevər Məsim və Reyhan Kənanın  şeirləri yer alır.

Elxan Yurdoğlu Naxçıvan ədəbi mühitindən üç xanımın – Aytəkin Səfərəliyeva, Qəmər Sözay və Leyla Səfərovanın yaradıcılığından nümunələri təqdim edir.

“Tribuna”da “Mümtaz ömrünün dolanbacları” yazısı ilə filologiya elmləri doktoru, professor Asif Rüstəmli, ““Rus gəmisində intihar”:  seçim, vicdan və susmamaq “ yazısı ilə İlham Tahirovdur.

AYB-nin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlunun təqdimatında Selcanın “Çapıq” hekayəsi oxucuların ixtiyarına verilib.

“Debüt”də yeni şeirləri ilə Hacıbala Mahmudovdur.

“Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” 6-cı yazısını təqdim edir.

“Dərgidə sərgi”də rəsm əsərləri ilə Günəş Kərimdir.

Baş redactor təvazıkarlıq edib öz yazısının adını çəkmədi. Bunu isə əməkdaşlar əlavə etdilər: Qulu Ağsəsin “Qəza törədən “Təcili yardım” essesi may sayının ən maraqlı yazılarındandır.

Əziz oxucular, “Ulduz” alın, ulduzlu yazılardan xəbərdar olun!

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.