"Hər söz bir xatirədir. Hər xatirə bir yara...” Featured

Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm" kitabı çapdan çıxıb

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun nəzdində fəaliyyət göstərən "MİMTA Yayımları"nda tanınmış şair Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm" adlı esselər toplusu işıq üzü görüb.

 

Kitabda müəllifin daxili dünyasını, səmimi etiraflarını və qeyri-adi müşahidələrini əks etdirən müxtəlif mövzulu esselər toplanıb. Müəllif Qarabağ mövzusu, milli kimlik, sevgi və tənhalıq kimi məsələləri bəzən ironik, bəzən isə dərin fəlsəfi baxışla sorğulayır.

"Hər söz bir xatirədir. Hər xatirə bir yara... Və bəzən insan bütün ömrünü o yaraları sözlə sağaltmağa sərf edir..."

 

Qulu Ağsəs bu kitabda oxucunu öz yaddaşının dərinliklərinə aparır – uşaqlıqdan başlayan yol, şeirə çevrilən talelər, itirilmiş torpaqların ağrısı və susmayan daxili səs bu yazıların ana xəttini təşkil edir. Müəllifin qələmindən çıxan bu əsər sadəcə esselər toplusu deyil – düşüncəsini sözə çevirməyi bacaran bir insanın mənəvi gündəliyidir. Kitaba adını verən “Saat 6-nı gözləyirəm...” ifadəsi isə hər kəsin içində səssizcə gözlədiyi o xüsusi anın rəmzidir.

Həpoetik dilin incəliyini, hədə həyatımahiyyətini axtaran oxucular üçünəzərdə tutulan bu toplu müasir ədəbiyyatımızın dəyərli nəşr nümunələrindəbiri kimi qiymətləndirilir.

Kitabı "Litera" kitab evi və şəhərin digər kitab mağazalarından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.