“1 şeir, 1 şair”də Əfrahim Abbas və "Türk oğluyam" Featured

 

"Ədəbiyyat və incəsənət” portalının 1 şair, 1 şeir rubrikasında bu gün Əfrahim Abbasın "Türk oğluyam” adlı şeiri təqdim edilir.

 

Əfrahim Abbas Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Turan Yazarlar Birliyinin üzvü, Prezident mükafatçısı, veteran pedaqoq, yazıçı-publisist və şairdir.

 

ƏFRAİM ABBAS,

“TÜRK OĞLUYAM”

 

Turan - türkçülükdə parlayan günəş,

Turan - türkçülüyün görən gözüdür.

Bu ad düşmənləri yandıran atəş,

Türk soylu xalqların birgə sözüdür.

 

Verdi ideyanı yüz illər öncə,

Bir fin millətçisi, aqil Castran.

Bu yolda şəhidlik yolunu seçdi,

Böyük Ənvər paşa - cəsur komandan...

 

Bu yolda canını qurban eylədi,

Bir Türk sərkərdəsi Nadir şah Əfşar.

Düşmən hiyləsinin qurbanı oldu,

"Turan" deyib köçdü, qəlbində qübar.

 

Söylədi, Əli bəy Hüseynzadə,

Nəhəng ideyadan dönməyib bir an:

"Sizlərsiniz ey qövmi-macar bizlərə ixvan,

Əcdadımızın müştərəkən məskəni Turan".

 

Turan - türk xalqların müştərək dili,

Müştərək tarixi, mədəniyyəti.

Turan - türk elinin böyük birliyi,

Dar gündə düşməni yıxan qüdrəti.

 

Bir vaxt dahi Gökalp nəzəriyyəsin,

Verdi, turançılıq təşəkkül tapdı.

Bütün türk tayfalar birləşsin deyə,

İdeya göyərtdi, fikir yaratdı...

 

Əfrahim Abbasam, addımım mətin,

Türkün birliyinə yandıraram şam.

Durub keşiyində TURANÇILIĞIN,

Qeyrətin çəkərəm, bir türk oğluyam.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.