Xanım İsmayılqızının “Kitablar səltənətinin inciləri”nə daxil olan şeirləri

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə tanınmış və sevilən 2026-cı ilin yubilyar-şairi, bəstəkarı Xanım İsmayılqızının gözəl şeirləri izləyicilərə təqdim olunur.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan məlumat verilmişdir.

 

Çağdaş poeziyamızda öz töhfəsi, öz payı və öz gözəl izi olan 1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin və 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım İsmayılqızı sevilən şair və bəstəkardır. Onun müasir ədəbiyyatımızda olan dəsti-xətti özünəməxsus yerlərdən birini tutur.

Bəstəkar kimi Ramiz Rövşənin, İsmayıl Qarayevin, Vahid Əzizin, Çingiz Əlioğlunun, Nüsrət Kəsəmənlinin və onlarca tanınmış şairlərin şeirlərinə musiqi bəstələmişdir.

Şair kimi Xanım İsmayılqızının şeirlərinə bəstələnən musiqilər yüzlərlədir. Faiq Sücəddinov, Eldar Mansurov, Emin Sabitoğlu, Novruz Aslan, Səyavuş Kərimi, Aygün Səmədzadə və b. tanınmış bəstəkarlar onun şeirlərinə musiqilər bəstələnmişlər.

Tanınmışların ifasında səslənən mahnılar xalq tərəfindən böyük məhəbbətlə qarşılanıb, sevilməkdədir.

Ustad Xanım İsmayılqızının Vasili Şukşinin “İlan zəhəri” adlı hekayələr toplusunu, “İssumbosi” yapon nağıllarını tərcümə etmişdir. Bitib tükənməyən şeir bulağı hələ çox ağlayacaq və oxucuları sevindirəcək.

Videoçarxda Xanım İsmayılqızının səsləndirdiyi dərin fəlsəfi mənası olan “Bapbalaca körpəyə tay-tuş olmağım gəlir” şeir verilib. Xanım İsmayılqızının “Çox şey istəmirik ki...” şeirini isə yazıçı Şahzadə İldırım səsləndirir.

Videoçarx mərhum müğənni Elçin Cəlilovun ifasında söz və musiqisi Xanım İsmayılqızının “Ayrılıq belə mi olur...” mahnısı ilə bitir.

Videoçarxa aşağıdakı keçiddən baxmaq olar:

https://www.youtube.com/watch?v=QPix5yoomCU

 

“Ədəbiyyat və incəsənət”

(24.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.