Ədəbi irsimiz, ədəbi gəncliyimiz layihəsi icra olunur

 

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə "Ədəbi irsimiz, ədəbi gəncliyimiz" adlı layihə icra olunur. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına DGTYB-dən məlumat verilib. 

Layihə çərçivəsində müxtəlif ədəbi nəsillərə mənsub ədəbiyyat nümayəndələrinin yaradıcılıq örnəklərinin yer aldığı kitab nəşr olunub. Layihə rəhbəri İntiqam Yaşarın verdiyi məlumata görə "Ədəbi irsimiz, ədəbi gəncliyimiz" adlı kitab layihə çərçivəsində təşkili planlaşdırılan görüşlər zamanı oxuculara hədiyyə olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.