Aprel ayının “Ulduz”u işıq üzü görüb Featured

Könül Əliyeva,

 

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Ulduz” jurnalının aprel sayı işıq üzü görüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına jurnalın baş redaktoru Qulu Ağsəs məlumat verib.

 

Aprel sayı Sara Selcanın “Özüylə söhbəti və şeirləri” ilə açılır.  “Nəsr” bölümü Nemət Mətinin “Qisas”, Eşqanənin “Yarpaqlar pıçıldasa, bil ki, səsimdir...”, Günay Mirinin “Göy pencək” hekayələrini təqdim edir.

“Esse”də Qulu Ağsəs “Öz səsinə düşən şeirlər”in müəllifi Nazir Rüstəmdən, Şahanə Müşfiq “Həyat Şəminin poeziya dünyası”ndan yazır.

“Şeir vaxtı”nda Nigar Arif,  Banu Muherrem, Aysel Nəsirzadədir.

“Yazı masası”nda Taleh Mansur “Sadəcə, Vahid Əziz...”in qonağı olub.

Vaqif Yusiflinin “Ədəbi fraqmentlər”, İlahə Səfərzadənin  “Bodenştedt paradoksu” yazıları “Tənqid”də yer alıb.

“Debüt” Ramil Əhmədin “Estafetin işığında bir ön söz...” təqdimatı ilə Nahidə İsmayılın “Sökdüyüm şərf” hekayəsini oxucularla bölüşür.

Dilarə Adilgilin “Vəziyyət Azərbaycancadır”,  Zeynəb Məmmədzadənin “Nurdan süzülən saflıq”  yazıları “Tribuna”da dərc edilib.

“Tərcümə saatı”da İlahə Əhmədova  Xulio Kortasarın “Telefon çalır, Delia”,  Şahnaz Kamal  Lindita Xhanari Latifinin “Nənəmin gözləri” tərcümələrini oxya bilərsiniz.   

Aleyna Malkoç “Səməd Vurğunun “Vaqif” dramında Şah Qacarın ideoloji və tragik obrazı”ndan yazır.

Kəmalədin Qədimin şeirləri, Salman Qaraların “Abbasın Həcc ziyarəti” sənədli hekayəsi, Gündüz Sevindik və Emin Hüseynovun qəzəlləri də “Ulduz”un aprel sayında yer alır.

“Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” yazısını (5-ci hissə) təqdim edir.  

“Dərgidə sərgi”də rəsm əsələri ilə Aytac Cahangirdir.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.