Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Bakı DövlətUniversitetininKönüllülərTəşkilatı və Jurnalistikafakültəsininbirgə əməkdaşlığı ilə təşkilolunan “MediaPulse” təcrübə proqramınınilkgörüşü keçirilib. Görüş çərçivəsində AzərTAc-ınredaksiyamüdiriRaminQurbanötəngünBakı DövlətUniversitetininJurnalistikafakültəsinintələbələriilə görüşüb.
Görüş jurnalistikafakültəsinindekanmüviniSamirXalidoğlununaçılış nitqiilə başlayıb. Açılışdan sonra söz qonağa verilib.
Ramin Qurban çıxışında əvvəlcə təhsil həyatından bəhs edib, peşəkar fəaliyyət yoluna toxunub. O bildirib ki, 2023-cü ildən etibarən AzərTac-da fəaliyyət göstərir və müxtəlif layihələrdə, o cümlədən Qurban Qurbanov haqqında yubiley materialının hazırlanmasında iştirak edib.
Jurnalistikanın əsas prinsiplərindən danışan Ramin Qurban bu sahədə nəzəri biliklərin vacibliyini xüsusi vurğulayıb. O, həmçinin televiziya sahəsində mövcud vəziyyətə də toxunaraq qeyd edib ki, jurnalistikaya maraq və sevgi olmadan uğur qazanmaq mümkün deyil.
O, həmçinin, prezidentimiz İlham Əliyevin müsahibələrini oxumağı tövsiyə edib:
"Prezidentimizin müsahibələrini oxuyun, onlar kitabdır, kitab".
Qonaq tələbələrə ilkin mərhələdə sayt və qəzetlərdə işləməyi tövsiyə edib, jurnalist etikasının əhəmiyyətindən danışaraq vurğulayıb ki, bu prinsipləri bilməyən şəxslər jurnalistika sahəsində fəaliyyət göstərməməlidir.
Çıxış zamanı xarici dillərin öyrənilməsinin vacibliyinə də diqqət çəkən Ramin Qurban bildirib ki, müasir dövrdə bu bacarıq jurnalist üçün əsas şərtlərdən biridir. O, həmçinin keçmiş və indiki dövrü müqayisə edərək, bu gün informasiya əldə etməyin daha asan olduğunu qeyd edib.
Sonda kitab oxumağın əhəmiyyətindən danışan qonaq söz ehtiyatının zəngin olmasının jurnalist fəaliyyəti üçün mühüm rol oynadığını bildirib.
Görüş interaktiv şəkildə davam edib, tələbələr tərəfindən ünvanlanan suallar Ramin Qurban tərəfindən ətraflı cavablandırılıb.
“Ədəbiyyat və incəsənət”
(11.04.2026)


