Qızların intibahı, oğlanların isə bir az “pause” rejimi… Featured

Mahir Hüseyn, yazıçı.

“Ədəbiyyat və incəsənət”

 

Son vaxtlar bölgələrə səfərlərimdən sonra gəncləri daha diqqətlə “analiz edirəm”. Və deyim ki, Ağdam Dövlət İqtisad-Sosial Kolleci mənim üçün kiçik bir sürpriz oldu.

Açığı, bina baxımından hansısa meqapolis lüksü gözləmirdim. Amma içəri girən kimi gördüyüm münasibət… elə bil “Oskar”a namizədəm, hamı məni gözləyirmiş.

 

Bir də o suallar… ay Allah! Sual yox, atəş-boran! Elə intellektual, elə dolğun suallar verirdilər ki, düşündüm: “Bir az da qalsam, burdan çıxanda yeni roman yazıb çıxacam.”

Ən çox təəccübləndirən isə “Müharibənin şəkli”ndə gizlətdiyim incə mesajları belə tutmaları oldu. Dedim, bu artıq başqa səviyyədir.

Amma gələk əsas məsələyə… əslindẹ növbəti yazılarımda bunun kökünə qayıdacam...

Diqqətimi çəkən bir şey də vardı: xanım tələbələrin say üstünlüyü. Və təkcə say yox — aktivlik, mütaliə sevgisi, öz fikrini sərbəst demək… Açığı, bir ata kimi adamın ürəyi açılır. Qızlarımız ciddi şəkildə “level up” edir.

Oğlanlar?

Pis başa düşməyin, amma sanki “copy-paste” dövrüdür: eyni saç, eyni geyim, eyni musiqi… Arada kitab oxuyanlar var, amma müqayisə etsək, fərq təxminən Bakı Bulvarının okean səviyyəsi ilə mart ayında iki dəfə ziyarətində olduğum Qoşqar dağı arasındakı yüksəklik fərqi kimidir.

Arzum sadədir: hər iki tərəfi “Everest səviyyəsində” yüksəlməsini görmək. Çünki potensial var, sadəcə bir az istiqamət lazımdır.

Sonda isə böyük təşəkkür — başda Nemət Tahir müəllim olmaqla, kollec kollektivinə. Həm təşkilat, həm də o səmimi enerji üçün...

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.