“Sonuncu kəpənək rəqsi” kitabının təqdimatı keçirilib

Nigar Həsənzadə,

"Ədəbiyyat və incəsənət" portalının Xəbərlər şöbəsi

 

Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində gənc şair-publisist Arzu Əyyarqızının “Sonuncu kəpənək rəqsi” adlı dördüncü şeirlər kitabının təqdimatı təşkil olunub.

 

Müəllifin atasının xatirəsinə həsr etdiyi nəşr ədəbi mühitdə böyük maraq doğurub və oxucular bu kitabı rəğbətlə qarşılayıb.

Təqdimat mərasimində yazıçı və şairlər, rayonun ziyalıları, eləcə də orta məktəb şagirdləri iştirak ediblər.

Qeyd edək ki, kitabın redaktorluğunu və ön sözünü tanınan şair Şəhriyar Del Gerani həyata keçirib.

Çıxış edənlər Arzu Əyyarqızının yaradıcılığında öz əksini tapan milli dəyərlərdən, saf sevgi mövzularından və fəlsəfi məzmundan söz açaraq, şeirlərindən parçalar səsləndiriblər.

Sonda qonaqlar müəllifi yeni kitabının nəşri münasibətilə təbrik edərək, ona gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıblar.

Biz də "Ədəbiyyat və incəsənət" olaraq Arzu Əyyarqızını təbrik edir və uğurlar arzu edirik.

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.