''Sözlərdə yatan xəzinə'' – Kitab təqdimatı Featured

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Qazi şairlər günümüzün ədəbi cameəsinin ayrılmaz parçasına çevriliblər. Onlardan biri də istedadını xüsusən qeyd etmək istədiyim 44 günlük Vətən müharibəsinin iştirakçısı Nadir Həsənoğludur. Onunla bağlı xəbərim var. Bakı Xətai Sənət Mərkəzində Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin təşkilatçılığı ilə Nadir Həsənoğlunun  ''Sözlərdə yatan xəzinə'' adlı kitabının təqdimatı keçirildi.

 

Dövlət himnimiz səsləndirildi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru Güllü Eldar Tomarlı gənc şair Nadir Həsənoğlunun yaradıcılıq yolundan söhbət açdı. Qeyd etdi ki, Nadir Həsənoğlunun vətənpərvərlik mövzusunda yazdığı şeirlər gənclərə nümunədi.

Tədbirdə Xətai Rayon Ağsaqallar Şurasınn sədri, şəhid atası Mürvət Əsgərov, müavini Nizami Hüseynov, qazi Vidadi Şabanov, Kərbalayi Ramil Əzimov, şairlərdən  Zaməddin Ziyadoğlu, Şəlalə Niyazlı, Fərman Borçalı, Alim Aslanoğlu, Sumaya Yunusova, Yunis Qaraxanlı,  ''Nənə qızlar'' folklor ansamblı, Azərbaycan nəşriyyatınn diretoru Sənan Aslansoy,  Mirvarid Dilbazi Poeziya Dərnəyinin gənclər şöbəsinin rəhbəri Polad Ağa İbrahimov, 64 saylı məktəbin şagirdləri Zəhraxanım Əzimova  və Mədinə Hüseynli çıxış etdilər.

Qazi, şair Nadir Həsənoğlunun valideynləri təsirli çıxışları ilə yadda qaldı. Övladları ilə fəxr etdiklərini qeyd etdilər.

Sonda Güllü Eldar Tomarlı Bakı Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzova və tədbir iştirskçılarına təşəkkürünü bildirdi.

Onlar əldə silah Vətəni qorudular. İndisə əldə qələm ədəbiyyatımızın keşikçisinə çevrilməkdədirlər.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.