“Bir şair, bir şeir”də İlkin Vəliyev və “Hardan biləydim” Featured

İlkin Vəliyev,

“Ədəbiyyat və incəsənət”

 

Salam hər vaxtınız. Xatırlayırsınızsa, öncələr mən də “Ədəbiyyat və incəsənət” portalının müəlliflərindən idim. Uzun müddətdir həmkarlarıma qoşula bilmədiyim üçün məyusam. Hərbi xidmətdəydim və hal-hazırda da elədir. İndi bir şeir təqdim etmək istəyirəm. Onun üçün də bir vaxt ayırıb oxusanız sevinərəm.

(22.03.2026)

 

 

MƏN HARDAN BİLƏYDİM

 

Mən haradan biləydim, bu qədər ağır,

bu qədər çətinmiş həyatın yükü.

Hərdən zəiflər də gəlib sonunda,

güclünün, böyüyün biləyin bükür.

 

Mən haradan biləydim qəhrəmanların,

əslində oyuncaq olmadığını.

İnsan çox sonradan fərqinə varır

insanın əbədi qalmadığını.

 

Mən haradan biləydim, ayağı sıxan

başmağım, qoyular qapımın üstə.

Qəlbdən çıxan sözlə, dildən çıxan söz,

nə əlac etsən də düşmür üst-üstə.

 

Mən haradan biləydim, haradan biləydim

gün gələr özümdən zəif olaram.

Alim məclisində susqun durarkən,

öz kiçikliyimdən böyük qalaram.

 

Mən haradan biləydim, sevilməyin də

sevməkdən də böyük çətinliyi var.

Fəqət sevgilərin verdiyi əmri

yetirməyə bilməz heç bir ixtiyar.

 

Mən haradan biləydim, soruşma daha!

öz başım dinc olsun, yanmasın əlim.

Deyilən hər şeyə cavab verərəm…

-Sən Allah nə bilim, axı nə bilim?!

 

“Ədəbiyyat və incəsənət”

(25.03.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.