Xocalı soyqırımı ərəb mediasının diqqət mərkəzində

 

Misir, Əlcəzair, İraq, Suriya və digər ərəb ölkələrinin mediasında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı məqalələr dərc olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Kmitəsindən verilən məlumata görə, Azərbaycan-Misir Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun müəllifi olduğu məqalələrdə Xocalı faciəsinin səbəbləri və tarixi barədə məlumat verilib. Qeyd olunub ki, beynəlxalq hüquqa əsasən Xocalıda törədilən bu qətliam insanlığa qarşı ən ağır cinayətlərdən biridir və soyqırımı kimi qiymətləndirilir.

Həmçinin Xocalı faciəsinin bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanındığı bildirilir, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bununla bağlı qəbul etdiyi qərarlar xüsusi vurğulanır.

Müəllif Xocalı soyqırımını törədənlərin hamısının öz cəzalarını alacaqlarına dair inam ifadə edib.                                    

Məqalələri ətraflı aşağıdakı linklərdən oxumaq mümkündür:

https://alharir.info/122250-2/

https://wwnewss.com/د-سيمور-نصيروف-،،-يكتب-،،-لم-ننسى-ولن-نن/

https://elalmelarby.com/?p=60766

https://adwaa-alwatan.com/%d9%84%d9%85-%d9%86%d9%86%d8%b3%d9%89-%d9%88%d9%84%d9%86-%d9%86%d9%86%d8%b3%d9%8a-%d9%85%d8%b0%d8%a8%d8%ad%d8%a9-%d8%ae%d9%88%d8%ac%d8%a7%d9%84%d9%8a/

https://www.agnaden.net/?p=57171 

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.