Kitablar səltənətinin növbəti incisi: Nəsimi

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrası  ilə əlaqədar  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsində izləyicilərə növbəti inci – İmaddədin Nəsiminin qəzəli təqdim edilir.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, kitabxananın fəxri oxucuları yazıçı Şahzadə İldırım Azərbaycan ədəbi və fəlsəfi fikrinin inkişafında bənzəri olmayan simalardan biri, böyük şair və mütəfəkkir İmadəddin Nəsimi haqqında maraqlı məlumat verir, poeziyasevər Cavanşir Əliyev isə şairin məhşur qəzəlini səsləndirir.

Qəzəldə böyük Nəsimi İlahi eşqdən danışır və insanın Tanrı ilə vəhdətini bəyan edir. Şair sevgilisinin gözəlliyinə vurulduğunu və bu eşq sayəsində ilahi kamilliyə çatdığını bildirir. O, özünü həm zahid, həm mömün, həm aşiq, həm də asi kimi təqdim edərək insanın daxilindəki ziddiyətləri duyur. Qəzəl lirik sevgi və təsəvvüfi məna daşıyaraq, insanın özündə ilahi nuru tapmasını göstərir. Nəsimi İlahi eşqi, gözəlliyi vəsf edir və aşiq özünü Haqqın bir parçası olaraq görür. Qəzəl insana verilən dəyəri, onun kainatdakı yerini və ilahi eşqin insanın daxili dünyasında tapılmasını fəlsəfi və poetik şəkildə işıqlandırır.

Qəzəl izləyicilərə aşağıdakı keçiddə təqdim olunur:

https://www.youtube.com/watch?v=ZiM4V3upUgY

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.