Yeni ilin ilk “ULDUZ”u şap olundu Featured

 

 

2026-cı ilin ilk “Ulduz”unun – yanvar-fevral sayı “Birinci Türkoloji Qurultay” (1926, Bakı): “Ulduz” jurnalı, “Ədəbiyyat qəzeti” və Təhsil Nəşriyyatı Poliqrafiya” MMC-nin birgə layihəsi kimi işıq üzü görüb.  

“Ədəbiyyat və incəsənət” portalına “Ulduz”dan verilən məlumata görə, jurnal Azər Turanın “Birinci Türkoloji Qurultay – film kimi bir hadisə” yazısı ilə açılır.

Dərgidə “Birinci Türkoloji Qurultay” nümayəndələri haqqında  ətraflı məlumat verilir.

Əli bəy Hüseynzadənin Birinci Türkoloji Qurultayda yazdığı qeydlər yüz ilin o üzündən günümüzə körpü salır.

Elnarə Akimovanın “Yüz ilin ədəbiyyat yolçuları” yazısı Türk dünyasının birliyi uğrunda qüdsal yola çıxan insanların fədakarlığından söz açır.

“Ulduz”un tarixə güzgü tutan bu sayında Aqil Abbasın “Rəmiş” povesti oxculara təqdim olunur.

“Dərgidə kitab”da  Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (3-cü yazı) araşdırması yer alır.  

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.