Uşaq yazıçısı Solmaz Amanovanın “Narmis və Tacşir” elektron kitabı işıq üzü gördü

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, tanınmış yazıçı, şair, professor Solmaz Amanova kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız”  layihəsinə yeni yazıdığı “Narmis və Tacşir”  elektron kitabla bağlı videoçarxlar təqdim etdi.

 

Birinci videoçarx “Narmis və Tacşir”  yeni elektron kitab haqqında məlumat uşaqların marağına səbəb ola biləcək şəkildə rəngli animasiyalarla hazırlanıb.

İkinci videoçarxda yazıçının “Narmis və Tacşir” elektron kitabı nümayiş olunur.  Kitabda 45 nağıl var. “Narmis və Tacşir” kitabı yüksək keyfiyyətli rəsmləri, zövqlü dizaynı, ibrətamiz hekayələri ilə seçilir və uşaqları maraqlı nağıllar dünyasına aparır.

Uşaqlar “Narmis və Tacşir”  kitab haqqında məlumatlandırıcı videoçarxa və kitabın elektron versiyasına  aşağıdakı keçidlərdə baxa bilərlər:

https://youtu.be/6PrIyiVJlHo

https://youtu.be/4ylNaSdd7Ok

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.