Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

 

10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, materialda Beynəlxalq İnsan Hüquqları Gününün təsis edilməsi haqqında məlumat, ölkəmizdə bu istiqamətdə imzalanmış rəsmi sənədlərin tam mətni təqdim edilir.

 

Virtual sərgidə “İnsan hüquqları ümumi bəyannaməsi və Azərbaycan Respublikasının Konstitusiyası”, “Beynəlxalq insan hüquqları hüququnun implementasiyası və tətbiqi sistemləri: orqanlar və mexanizmlər”, “BMT-nin biznes və insan hüquqları üzrə rəhbər prinsiplərinə ümumi baxış”, “Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya problemləri”, “Avropa insan hüquqları məhkəməsi” kimi 15-dən çox kitabın və  “Azərbaycanda insan hüquqlarının müdafiəsi dövlətin ali məqsədidir”, “Beynəlxalq ictimaiyyətə nümunə ola biləcək humanizm prinsipləri”, “Azərbaycanda insan hüquq və azadlıqlarının inkişafı davamlı prosesdir” kimi məqalələrin tam mətni yer alır.

Virtual sərgi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/beynelxalq-insan-huquqlari-gunu-1 yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.