Gənclər Kitabxanasında Milli Dirçəliş Günü münasibətilə silsilə materialları

 

Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynamışdır.

Milli Dirçəliş Günü ilə əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Milli Dirçəlişdən müstəqilliyə” adlı daycest hazırlanıb.

 

 “Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, materialın hazırlanmasında əsas məqsəd yeniyetmə və gənclər arasında xalqımızın tarixi yaddaşına əbədi həkk olunan milli qürur günümüz – Milli Dirçəliş Günü ilə əlaqədar materialları onların diqqətinə çatdırmaqdan ibarətdir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan daycestdə görkəmli şəxslərin dəyərli fikirləri, bu günün şanlı tarixi ilə bağlı “Ən böyük nailiyyətimiz əbədi dirçəlişimiz, müstəqilliyimizdir” adlı məqalənin tam mətni yer alır. Daycestə 2015-2025-ci illərdə dövrü mətbuatda dərc edilən məqalələrin biblioqrafik təsviri, qısa məzmunu və linkləri də istifadəçilərə təqdim olunur.

“Milli Dirçəlişdən müstəqilliyə” adlı daycest kitabxananın rəsmi saytında https://ryl.az/funds/daycest  yerləşdirilib.   

Bundan əlavə, Milli Dirçəliş Günü ilə əlaqədar kitabxanada 40-a yaxın kitab və dövrü mətbuat nümunələrini cəmləyən "17 Noyabr - Milli Dirçəliş Günü " adlı kitab sərgisi də təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2025)

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.