(Qədim Muğan mədəniyyəti ilə bağlı yeni nəşr olunmuş monoqrafiya)
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçıar Birliyinin üzvü, yazıçı-publisist, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
Qədim və sirli Muğan mədəniyyəti ilə bağlı nəşr olunmuş kitablardan biri də illər öncə araşıraraq qələmə aldığım, eyni halda Muğan tarixi və mədəniyyəti ilə sıx əlaqədə olan olduqca maraqlı bir monoqrafiyadır.
Kitabın adı: "Küp qəbirləri mədəniyyəti"
Müəllif: İlqar İsmayılzadə
Naşir: "Həməşəra" Mətbu Orqanı
Çapxana: "Qazi" Çap Mərkəzi, Cəlilabad
Nəşr olunduğu il: 2025
Kitab barədə:
Bu kitab əslində Muğan ellərinin müxtəlif ərazilərindən tapılmış küp qəbirləri mədəniyyəti ilə bağlı araşdırılmış və ərsəyə gəlmiş ilk monoqrafiyadır.
Bu qısa araşdırma uyğun mövzuya həsr edilərək aşağıdakı iki fəsil əsasında tərtib və təqdim edilmişdir:
Birinci fəsil: Küp qəbirləri mədəniyyəti ilə ümumi tanışlıq;
İkinci fəsil: Küp qəbirləri barədə elmi araşdırmalar.
Beləliklə də işıq üzü görmüş bu əsərdə Küp qəbirləri mədəniyyətinin izahı, anlamı, ölkə ərazisində mövcud olan Küp qəbirləri nekropolu üzrə siyahı və 2022-ci ildə ilk dəfə olaraq müəllif tərəfindən hazırlanmış Azərbaycan Respublikası ərazisindən aşkar və təsbit edilən Küp qəbirlərinin xəritəsi təqdim edilmiş, ikinci fəsildə isə Küp qəbirləri mədəniyyətinin tarixi, bu ayinin hansı dinə məxsus olduğu, həmçinin, Küp qəbirləri mədəniyyətinin sirləri və fəlsəfəsi barədə söz açılmışdır.
Bu elmi əsərin qədim və sirli tariximizin qaranlıq səhifələrinə işıq sala biləcəyi ümidi ilə!
Sonda indiyədək işıq üzü görmüş sayca 47-ci məlum əsərimin nəşrində təmənnasız dəstək olmuş dəyərli insanlara səmimi minnətdarlığımı bildirirəm!
“Ədəbiyyat və incəsənət”
(04.11.2025)


