Gənclər Kitabxanasında Fazil Mustafanın 60 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hüquqşünas, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın 60 illik yubileyi münasibətilə elektron məlumat bazası  hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, əməkdaşlar tərəfindən hazırlanan elektron məlumat bazasında fəlsəfə üzrə fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin “Fazil Mustafanın fəlsəfi metamorfizmi”, nasir, şair, publisist Əkbər Qoşalının “İdeoloji oxudan mədəni sorğuya doğru: tarix, təfəkkür və türkün intellektual keçidi” məqalələrinin tam mətni, Fazil Mustafanın müəllifi olduğu kitablar, dövrü mətbuat nümunələri təqdim edilir. Elektron məlumat bazasında millət vəkilinin müəlifi olduğu “Dirilən adamın düşüncələri” kitabının təqdimatı zamanı söylədiyi fikirlər, onun haqqında qələmə alınan məqalələrin siyahıları da yer alır. “Millət vəkili Fazil Mustafa 60” adlı elektron məlumat bazasında “Xronologiya”, “Təltif və mükafatlar”, “Foto və videoqalereya” bölmələri ilə yanaşı müəllifin kitablarından ibarət virtual kitab sərgisi də təqdim olunur.

Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.