Kitabxanada Bilik Gününə həsr olunmuş ədəbi tədbir keçirildi Featured

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası, “Gənc şairlər” uşaq layihəsi və X.B.Natəvan adına 4 №-li kitabxana filialı Bilik Gününə həsr olunmuş “Bilik işığının poeziyası” adlı ədəbi tədbir keçirdilər.

 

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Yasamal rayon MKS-inin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova tədbir iştirakçılarını salamladı, Bilik Günü münasibəti ilə onları təbrik etdi və məktəblilərin gözlərində sevgi xoşbəxtlik gördüyünü vurğuladı. L.Məmmədova 4 №-li kitabxana filialının adını daşıdığı şair X.B.Natəvanın həyat və yaradıcılığı haqqında, kitabxanada keçirilən tədbirlər, sərgilər, kitab təqdimatları və yazıçılarla görüşlər haqqında uşaqlara məlumat verdi.

“Gənc şairlər” uşaq layihəsinin rəhbəri Azərbaycan Yazıçılar Birliyinin və Dünya Yazarlar Təşkilatının (WOW) üzvü Lalə Həsənova layihələrdə göstərdiyi köməyə və dəstəyə görə Lətifə Məmmədovaya öz təşəkkürünü bildirdi. O, Bilik Gününün əhəmiyyətindən danışdı, məktəblilərə yeni dərs ilində uğurlar arzuladı.

Tədbirdə Fatimə Kərimli S.Ə.Şirvaninin “Elm və məktəb haqqında”, S.Vurğunun “Müəllimlik”, İmran Şıxıyev “Zənglər”, İbrahim Əlimzadə S.Mixalkovun “Təmiz yazı”, Emiliya Qasımova L.Arsenovanın “Məktəb nədir?”, Sevil Qasımova İ.Tokmakovanın “Tezliklə məktəbə”, Yasmin Dayanova və Banu Gorçiyeva S.Kaşlevin “Beşinci sinif”, Fateh Məmmədov S.Marşakın “Məktəb”, Diana Xanməmmədli M.Plyatsovskiyin “Məktəbdə öyrədirlər”, Cənnət Məmmədova R.Rojdenstvenskiyin “Müəllimlərə”, Tamerlan, Kamal və Cahan İsgəndərlilər “Yay tez keçdi”, “Sentyabr bayramı”, “Salam, məktəb”, Əminə Karadağ məktəb haqqında şeirlərini söylədilər.

Ədəbi tapşırıqlardan ibarət oyunlar (kvest) təşkil olundu.

Sonda kitabxana filialının müdiri Kamilə Novruzova uşaqlara kitablar hədiyyə etdi.

Ədəbi tədbirdə məktəblilər, ziyalılar, kitabsevərlər, Yasamal rayon MKS-inin əməkdaşları Kifayət Hüseynova, Günay Qululu, Hilanə Babayeva, Gülyaşa Şükürova və Rəşid Eyvazov iştirak etdilər.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.