ASAN könüllülərinin “Bilik Karvanı” aksiyasına start verilib

 

“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində “Bilik Karvanı” aksiyası başlayıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN”dan məlumat verilib, 

“ASAN Könüllüləri” Təşkilatının və “BRAVO” marketlər şəbəkəsinin birgə əməkdaşlığı ilə 15 Sentyabr - Bilik Gününə həsr olunan “Bilik Karvanı” aksiyası  çərçivəsində vətəndaşların dəstəyi ilə 6-14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzuları gerçəkləşdiriləcək. 

21 avqust tarixinədək davam edəcək aksiyada vətəndaşlar “BRAVO” marketlər şəbəkəsinin “20 Yanvar” və “Koroğlu” filiallarında qurulmuş xüsusi guşələrə yaxınlaşmaqla məktublarla tanış ola və öhdəliyə götürə bilərlər. 

​“Bilik Karvanı” layihəsi boyunca Azərbaycanın bir çox bölgəsində 300-dən çox uşağa məktəb çantası, ləvazimatları, kitablar və digər hədiyyələr təqdim olunacaq. 

Xatırladaq ki, “ASAN Məktub” sosial proqramı çərçivəsində indiyədək 10000-dən çox uşağın arzusu reallaşdırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.