İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Yay tətilində kiçik yaşlı məktəblilərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə Oğuz rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsinin nağıl otağında maraqlı və rəngarəng "Nağıl saatı" təşkil olunur.
Bu günlərdə keçirilən növbəti “Nağıl saatı” da uşaqlar və onların valideynləri tərəfindən maraqla qarşılanmışdır.
Tədbir zamanı kiçik yaşlı oxucular nağıl otağında müxtəlif oyunlar oynayıb, əylənərək müxtəlif nağıllar oxuyublar. Onlar uşaq ədəbiyyatının sevilən nümunələrindən olan "Alma gəmirən qurdun nağılı", X.Əlibəylinin "Bir gölün sahilində", Komblenin "Gürcü nağılı", "Axmaq canavar", eləcə də Nizami Gəncəvinin "İlin fəsilləri" nağıllarını ucadan oxuyaraq dinləyiblər.
“Nağıl saatı” uşaqlarda oxu vərdişlərinin formalaşmasına, onların təxəyyülünün və danışıq qabiliyyətlərinin inkişafına xidmət edib.
Kitabların sehrli dünyasına səyahət edən uşaqlar həm öyrənir, həm də əylənərək vaxt keçirilər.
Belə tədbirlərin uşaqların yay tətili müddətində ardıcıl olaraq keçirilməsi nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(31.07.2025)