4 iyul 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında uşaqlar üçün maarifləndirici ekskursiya təşkil olunub. Ekskursiya uşaqlara kitabxana haqqında məlumat vermək, onlarda mütaliəyə maraq oyatmaq və müasir uşaq ədəbiyyatı ilə yaxından tanış etmək məqsədi ilə həyata keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, ekskursiya zamanı kitabxana əməkdaşı uşaqlara kitabxanadan istifadə qaydaları barədə ətraflı məlumat verib. Uşaqlar fonda yeni daxil olan uşaq ədəbiyyatı nümunələri ilə tanış olublar. Müxtəlif janrlarda yazılmış maraqlı və rəngarəng kitablar onların diqqətini cəlb edib.
Ekskursiya çərçivəsində uşaqlara yeni uşaq ədəbiyyatı nümunələrinin icmalı keçirilib. Kitabların müəllifləri, mövzuları və əsas ideyaları haqqında məlumat verilib, fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(05.07.2025)