Vətən Müharibəsi Qələbəsinin 5 illiyi münasibətilə məşhur "İgidlərin Sözü" layihəsi çərçivəsində İkinci Qarabağ müharibəsi iştirakçılarının şeirlərindən ibarət yeni antologiyanın nəşri planlaşdırılır.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına layihənin rəhbəri Nigar Həsənzadə məlumat verib.
Bu layihəyə qoşulmaq və "İgidlərin Sözü" layihəsinin yeni iştirakçısı olmaq istəyən İkinci Qarabağ müharibəsi veteranlarından 3-5 şeir göndərmələri xahiş olunur.
Materialları aşağıdakı ünvana göndərmək lazımdır:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. və Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Son qəbul vaxtı 15 İyuldur.
“Ədəbiyyat və incəsənət”
(24.06.2025)