Könül, “Ədəbiyyat və incəsənət”
Statusman, sosial medianın məşhur filosofu, saysız-hesabsız aforizmlər müəllifi Hümbət Həsənoğlu. Həm də Sumqayıt İcra Hakimiyəti yanında İctimai Şuranın sədri, Sumqayıt DOSTlar Klubunun təsisçisi və sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident mükafatçısı, yazıçı-publisist Hümbət Həsənoğlu! Bu il onun 70 illik yubileyidir və bu münasibətlə də müəllifi olduğu "Seçilmiş əsərlər" və "Sumqayıt dolması" adlı kitabları eyni vaxtda işıq üzü görüb.
Redaktoru Arif Ərşad olan bu kitablar çox yüksək səviyyədə naşir Ceyhun Xəlilovun rəhbərlik etdiyi "Express" nəşriyyatında dizayn olunmuş, yığılmış və "AZMİR" MMC-nin direktoru Akif Şahbazovun rəhbərlik etdiyi nəşriyyatın mətbəəsində nəfis şəkildə çap olunmuşdur.
Kitabların belə gözəl şəkildə ərsəyə gəlməsində əməyi olanlar - naşir Akif Şahbazov, naşir Ceyhun Xəlilov, bədii redaktor Vüsal Hətəmov, tərcüməçi Vəfa Babayeva, korrektor Şəfa Fərhadqızı, fotoqraf Etibar Bənnayev, aşbaz Rafiq Kərimov, mühəndis Əliyar Fərzəliyev, mətbəənin direktoru Asif Şahbazov, dizayner Rafael Qasımov, dizayner Vüsalə Qəribova,, dizayner Cəmilə Nəsirovadır.
Hümbət Quliyevin oxucularla hər bir görüşü bir bayramdır. Əminik ki, bu kitabları da oxucular sevəcəklər.
Biz də fürsətdən istifadə edib həm yubileyi, həm də yeni kitabları münasibətilə Hümbət Həsənoğlunu səmimi qəlbdən təbrik edirik! Ona cansağlığı və bundan sonrakı yaradıcılığında uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)