İyun ayının şeir dolu “Ulduz”u

 

“Ulduz” jurnalının iyun sayı işıq üzü görüb. “Yeni nəsil: poeziya” adlı xüsusi nömrə “Ulduz” jurnalı ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə layihəsi əsasında hazırlanıb. 

“Ədəbiyyat və incəsənət” portalına “Ulduz”dan verilən məlumata görə, iyun sayında tanınmış gənc şairlərdən 12 imza - Aqşin Evrən, Cavid Qasımov, El Roman, Malik Atilay, Nadir Yalçın, Rəvan Cavid, Rauf Ra, Rəşad Nağı Mustafa, Ramil Əhməd, Səttar Temuçin, Ulucay Akif, Ülvi Bahadırın şeirləri yer alıb.

“Dərgidə sərgi”də rəsm əsərləri ilə Aida İbrahimovadır. 

Gələn ay isə oxucular “Yeni nəsil: tənqid”lə görüşəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.