Azərbaycan Pekin beynəlxalq kitab sərgisində təmsil olunacaq

İyunun 18-22-də Pekində 31-ci beynəlxalq kitab sərgisi keçiriləcək. “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Sivilizasiyalar irsinin və inkişafının təşviqi, qarşılıqlı faydalı əməkdaşlıq üçün mübadilə və qarşılıqlı öyrənmənin inkişafı” devizi altında keçiriləcək sərgidə 80 ölkə, o cümlədən Azərbaycan təmsil olunacaq. 

 

Təxminən 1700 iştirakçı 60 min kvadratmetrlik ekspozisiya sahəsinin müxtəlif bölmələrində 220 min kitab və digər nəşr vasitələrini nümayiş etdirəcək. 

Sərgi çərçivəsində forumlar, təqdimatlar, imza günləri, müəlliflərlə görüşlər təşkil olunacaq.

Xatırladaq ki, Azərbaycan ötən il Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə Pekin beynəlxalq kitab sərgisində milli stendlə təmsil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.