Görkəmli ədiblərin yubileyləri ilə bağlı metodik vəsaitlər hazırlanıb

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi metodika şöbəsi tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli simaları – Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik və böyük sənətkar Mirzə Qədim İrəvaninin 200 illik yubileyləri münasibətilə kütləvi oxucular üçün metodik vəsaitlər hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, “Parlaq istedada malik nasir Maqsud İbrahimbəyov” adlı vəsait görkəmli nasirin zəngin yaradıcılığına, dramaturgiya və kino sahəsindəki xidmətlərinə işıq salır. Sənətkarın milli-mənəvi dəyərlərə əsaslanan yaradıcılığı və ədəbi irsi geniş oxucu auditoriyasına təqdim olunur. “İncə duyğular, dərin mənalar şairi” adlı digər vəsait isə Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardan olan Bəxtiyar Vahabzadənin yubileyinə həsr olunub. Burada şairin Vətənə, dilə və milli kimliyə bağlı poetik-fəlsəfi düşüncələri, elmi-pedaqoji fəaliyyəti və ictimai mövqeyi ətraflı şəkildə təhlil edilib. “Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyan böyük sənətkar - Mirzə Qədim İrəvani” adlı metodik vəsaitdə isə sənətkarın həyatı və erkən yaradıcılıq dövrü haqqında məlumat, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan, o cümlədən sənət incisi sayılan əsərləri və digər məlumatlar yer alıb.

Metodik vəsaitlərlə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/elmi-metodika/metodik-vesaitler/2025/parlaq-istedada-malik-nasir-maqsud-i-brahimb-yov

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/elmi-metodika/metodik-vesaitler/2025/i-nc-duygular-d-rin-m-nalar-sairi

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/elmi-metodika/metodik-vesaitler/2025/az-rbaycan-t-sviri-s-n-ti-tarixind-yeni-m-rh-l-nin-baslangicini-qoyan-boyuk-s-n-tkar-mirz-q-dim-i-r-vani 

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.