“Dəyirmançı” Miriyusif Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

90-larda populyar “Dəyirman” qrupu vardı, həmin o qrupdan çıxan Mirbabayev Miryusif  çox məşhurlaşdı, hətta Xalq artisti oldu. Bu gün onun doğum günüdür, 49-u tamam edib 50-nin yoluna çıxır.

 

Mirbabayev Miryusif  27 oktyabr 1977-ci ildə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində anadan olub. Uşaqlıq illəri yaşadığı 8-ci kilometr qəsəbəsi ilə bağlıdır. Onun "Bakılı Sərçələr" mahnısı və ona çəkilmiş klip məhz həmin yerlə bağlı xatirələrinə həsr olunub.

Məktəb illərindən sonra ABŞ-yə gedir. Burada bir çox işdə çalışır. Özünün "karantin" adlandırdığı bu dövrdə yeni ruhda, yeni tərzdə mahnılar yazmağa başlayır. Vaxt keçir və onun həyatı öz axarına düşməyə başlayıb. Ona Amerikada yaxın dostu Teymur Nuriyev dəstək olub. Artıq o, arada bir Bakıya gələ bilib.

Musiqi karyerasına 1996-cı ildə "Dəyirman" qrupunun tərkibində başlayıb. Dəyirman bir-birini öncədən tanıyan bir dostluq qrupu idi. Dəyirman qrupunun, daha sonra isə solo karyeraya başlayan Miri Yusifin prodüseri Emin Əfəndidir. Emin də Dəyirman qrupunun digər üzvləri kimi bu dostluq komandasının bir parçası idi. Emin Əfəndi və Miri Yusifin iş birliyi indiyə qədər davam edir.

Dəyirman — Azərbaycanda fəaliyyət göstərən bir rep qrupu olub. Əvvəlcə qrup "GGG-ailəsi" adlandırılsa da, sonralar onun adı "Dəyirman"a dəyişdirilib. Azərbaycan tamaşaçıları qrupu müğənni Leyla ilə birlikdə "Sarı gəlin" mahnısına çəkdirdikləri klip ilə tanıyıb. Sonralar "Dəyirman" Azərbaycanın bəzi xalq və uşaq mahnılarını rep üslubunda remiks edib. Qrupun ən uğurlu mahnılarından biri "Ya Qarabağ, ya ölüm" sayılır.

"Məktub" mahnısı isə avqust ayında kliplə bir yerdə internetdə yayımlananıb. Məhz buna görə də bu mahnı 2012-ci ildə Miri Yusifə "Fəxri Fərman" mükafatını qazandırıb.

 

Nailiyyətləri

1. İlin hit mahnısı – Səndən Olmaz

2. Fəxri Fərman – Məktub

3. İlin Kişi müğənnisi

4. İlin mahnısı – İki doğma insan

5. Azərbaycanın əməkdar artisti

6. Azərbaycanın xalq artisti

 

Konsertlər

Azərbaycanda

1. "Adınla Bağlı"

2. "Səndən Olmaz"

3. "Deja Vu"

4. "Nirvana"

5. "Miri Yusif & Nigar Jamal"

6. "Yaşıl Teatr"

7. "Ağ Qarğa"

 

Xaricdə

 

1. Kanada

2. "Я-Никто"

 

Turnelər

- Kanada

 

Videoqrafiya

1. Bir Siqaret         2010

2. Bura Bakıdır ft. PRoMete

3. Karma

4. Petrol (duet Aygün Kazımova)      

5. Qınama   

6. Mən Heç Kiməm

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.