“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Musiqi tariximizdə bir ad da var. Çox təəssüf, gənc nəsil onu tanımır. Gənc nəsil klassik musiqini dinləmir. Təbliğatçılar isə susurlar.
Azərbaycan SSR xalq artisti İdris Ağalarov!
Onun barəsində danışmaq istəyirəm.
Bariton səsə malik ilk opera müğənnisi kimi Azərbaycan musisi tarixinə düşən İdris Ağalarov 20 oktyabr 1917-ci ildə Tiflisdə anadan olub. 1939-cu ildə Bakı Musiqi Texnikumunu bitirib. 1937-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub.
1943-cü ildə konservatoriyanı (S. K. Qolskayanın sinfi) bitirib. Şahvələd (Qlier, "Şahsənəm").
Yavər (C. Cahangirov, "Azad") və başqa operalarda oxuyub.
Mükafatları
1. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
2. "Azərbaycan SSR xalq artisti" fəxri adı
İdris Ağalarov 4 may 1975-ci ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
Şəkildə: sənətçi səhnədə rol alarkən
“Ədəbiyyat və incəsənət”
(20.10.2026)


