İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Yeni dalğa müğənnilərindən biri Zülfü Əsədzadənin bu gün doğum günüdür, 42 yqşı tamam olacaq. Qazandığı kifayət qədər uğurlar var, bu barədə danışacağıq. Ciddi musiqini təbliğ edən müğınni kimi diqqətə layiqdir o.
Zülfü Əsədzadə 1994-cü il oktyabrın 9-da Mingəçevir şəhərində anadan olub. Təhsilinə 2001-ci ildə Mingəçevir şəhər 4 saylı orta məktəbdə başlayıb. Məktəb yaşlarından musiqiyə, oxumağa həvəsi olduqca böyük olan Zülfü, 2005-ci ildə “Ana Kür” adlı müsabiqə ilə ilk dəfə olaraq musiqi həyatına qədəm qoyur. Müsabiqəni uğurla başa vurduqdan sonra Mingəçevir şəhər Bülbül adına 2 saylı uşaq musiqi məktəbinə daxil olub, məktəb xorunda solist kimi təhsilini davam etdirib.
2006-cı ildə “Cazibə istedad sorağında” yarışmasında birinci yerə layiq görülüb. Elə həmin ilin avqust ayında əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Bülbüllər” vokal ansamblına solist seçilib. 2012-ci ildə Mikayıl Müşfiq adına 18 saylı tam orta məktəbdən məzun olub. 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalvr təhsilini başa vurub.
2023-cü ildə İctimai tvdə yayımlanan beynəlxalq layihə olan “Səs Azərbaycan” yarışmasına qoşulub və martın 21-də ümumxalq səsverməsi ilə yarışmanın qalibi olub. 2016-cı ildən solo fəaliyyətə başlayır. O Səs Türkiyə müsabiqəsində oxuduğu “Ay qız” mahnısı ilə bütün münsiflər heyətini özünə tərəf döndərə bilib, bu hadisə Azərbaycan və Türkiyədə gündəm olub.
2006-2016-ci illərdə Bülbüllər qrupunun solisti olub, fəaliyyəti dövründə ölkə daxilində və xaricində konsertlər verib. 2012-ci ildə Heydər Əliyevin 90 illiyinə həsr olunmuş universitetlər arası yarışmada birinci yerin qalibi olub.
Sinqllar və kliplər
- Ruhumun əksi - Orxan Mürvətli / Cavid Əhmədov
- Gələcəyəm - Fəxrəddin Əliyev / Xumar Qədimova
- Gecə düşüncəsi - Mikayıl Müşfiq / Elçin İmanov
- Son görüş - Ziya Buludov /
Səs Azərbaycan/ Doğma nəğmələr
- Mavi gözündə Fikrət Qoca / Polad Bülbüloğlu
- Balaşın mahnısı - Cəfər Cabbarlı / Fikrət Əmirov
- Ömür keçdi, gün keçdi - Xalq Bayatıları / Emin Sabitoğlu
“Ədəbiyyat və incəsənət”
(09.10.2026)


