Gülbən Ərgən – Türkiyənin pop ulduzu Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Əlbəttə ki türk pop musiqisinin Sezen Aksu, Sibel Can, Nilüfer, Hadise  kimi xanım müğənni zirvələri var. Sonra ikinci ulduz təbəqə gəlir, orada da Gülbən Ərgən özünəməxsus yer tutmaqdadır.

Bu gün müğənninin doğum günüdür. Və o, adətən öz doğum günlərini ya Egey, ya Aralıq dənizində yaxta gəzintisiylə qeyd edir.

 

Gülbən Ərgən 25 avqust 1972-ci ilde İstanbulda anadan olub. Karyerasına model kimi başlayan Gülbən tez bir zamanda film dünyasına atılıb. Türk tamaşaçısı onu "Dayə" serialında canlandırdığı Mələk obrazı ilə tanıyıb. İbrahim Tatlısəslə iş birliyi ona böyük uğur gətirib. O, Tatlısəsin "Haydi söylə" klipində çəkildikdən sonra, onunla "Firat" serialında baş rolu bölüşüb.

Müğənni kimi debütünü 1996-ci ildə "Mərhaba" albomu ilə edib. Ardınca "Kör Aşık", "Sade ve Sadece" albomlarını yazdırıb. Bu albomlardan ən yadda qalanlar isə "Sandık lekesi", "Abayı yaktım", "Arka sokaklar", "Teşekkür ederim", "Sade ve sadece" mahnıları olub. 1998-ci ildə "Mərziyə" serialında baş rola çəkilib.

 Eyni ildə "Gümbür Gümbür Gülbəncə" televiziya proqramını aparmağa başlayıb. "Uçacaqsın", "Gülbən Ərgən", "Aşk hiç bitməz" albomlarını satışa çıxarıb. Ən sonuncu albomu 2009-cu ildə çıxan "Uzun yol şarkıları" albomu oldu. Bu albomdan "Giden günlerim oldu" mahnısı Türkiyədə ən çox dinlənilən mahnı seçilib.

Mustafa Ərdoğanla evlidir. Üç uşağı var. Gülbən Ərgən hal-hazırda İstanbulda yaşayır.

 

Albomları

6 albom və 1 sinqlı vardır.

- Merhaba (1996)

- Kör Âşık (1999)

- Sade ve Sadece (2002)

- Uçacaksın (2004)

- 9+1 Fıkır Fıkır (2005)

- Gülben Ergen (2006)

- Aşk Hiç Bitmez (2008)

 

TV Serialları

- Hanımın Çiftliği (1990)

- Fırat (1994)

- Marziye (1998-2000)

- Dadı (2000-2002)

- Hürrem Sultan (dizi) (2002-2003)

- Gönül (2006)

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.