Səhnə arxasında qalan musiqi fədaisi Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

O konsertlər təşkil edir, mahnı bəstələyir, mahnıları aranjiman eləyir, prodüsserli edir, çalğıçıları idarə eləyir, keyfiyyətli musiqi ortaya qoyulsun deyə əlindən gələni edir. Amma həmişə səhnə arxasında qaldığından. Olsun ki adı sizlərə tanış gəlşməyəcək. Amma bir fəaliyyətinə baxın onun.

Özü də bu gün ad günü, 60 illik yubileyidir.

 

Asif Kərimov 5 avqust 1966-cı ildə Şamaxı şəhərində anadan olub. 1973-cü ildə Camo Cəbrayılbəyli adına 5 nömrəli orta məktəbin 1-ci sinfinə daxil olub. 1976-cı ildə Şamaxı şəhər musiqi məktəbində təhsil almağa başlayıb. 1981-ci ildə Sumqayıt şəhər Soltan Hacıbəyov adına Orta İxtisas Musiqi Məktəbinə daxil olub. 1984-cü ildə respublika üzrə keçirilən ifaçılıq müsabiqəsində kamança ixtisası üzrə ikinci yerə layiq görülüb.

1985-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirib və hərbi xidmətə yollanıb. 1985–1987-ci illərdə Qazaxıstanda hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra Qobustan rayon musiqi məktəbində musiqi müəllimi kimi çalışıb. 1989-cu ildə Azərbaycan Musiqi Akademiyasına daxil olub. Təhsil aldığı illərdə Süleyman Ələsgərov, Ramiz Mirişli, Vasif Adıgözəlov və Ağacəbrayıl Abasəliyev kimi sənətkarlardan dərs alıb.

Həmin dövrdə Vaqif Gərayzadənin rəhbərlik etdiyi “Aypara” qrupunda fəaliyyət göstərib. Özbəkistanın xalq artisti Nəsibə Abdullayevanın Azərbaycandakı konsertlərində musiqiçi kimi çıxış edib. 1994-cü ildə üç musiqiçi ilə birlikdə “Rast” qrupunu yaradıb. Qrup ilə birlikdə KVN komandasının konsertlərində musiqi tərtibatçısı kimi fəaliyyət göstərib və "Rast" qrupu ilə birlikdə Rafiq Babayevin rəhbərlik etdiyi studiyada çalışıblar.

Onun ilk bəstəsi olan “Gecədən sübhədək” mahnısı 1993-cü ildə yazılıb və Mətanət İsgəndərlinin ifasında səslənib.

 

Bəstəkarın yaradıcılığında yer alan əsas mahnılar:

- "Gecədən sübhədək" (Mətanət İsgəndərli)

- "Sən ol" (Mətanət İsgəndərli)

- "Bu gecə" (Mətanət İsgəndərli)

- "Anam hardasan" (Mətanət İsgəndərli)

- "Əlvida" (Mətanət İsgəndərli)

- "Şirinlərin Fərhadı" (Sahib İbrahimov)

- "Bakılı qız" (Vasif Məhərrəmli)

- "Unuda bilməz" (Vasif Məhərrəmli)

- "Sus - sus" (Vasif Məhərrəmli)

- "A bülbül" (Elnarə Abdullayeva)

 

O, həmçinin bir sıra xalq mahnılarını və bəstəkar əsərlərini aranjman etmişdir. Bunlara Azərbaycan şikəstələrinin əsasında "Azərbaycan Cəngisi" kompozisiyasını aranjman edib. Həmçinin musiqisi Kamala (Kəmaləddin Heydərova - red.), sözləri Baba Vəziroğluna aid olan, xalq artisti Alim Qasımovun ifasında səslənən "İlahi" mahnısını yeni üslubda aranjman edib.

1998-ci ildə Heydər Əliyev Sarayında Mətanət İsgəndərlinin 2 günlük konsertini təşkil etməklə konsert təşkilatçılığı və konsertlərin musiqi rəhbəri fəaliyyətinə başlayıb. Daha sonra Mətanət İsgəndərlinin Heydər Əliyev Sarayındakı növbəti konsertinə rəhbərlik edib. Əməkdar artist Elnarə Abdullayeva ilə 2015–2016-cı illərdə Heydər Əliyev Sarayında, 2017-ci ildə Opera və Balet Teatrında, 2020-ci ildə Moskva şəhərində, 2024-cü ildə isə İstanbulda keçirilən konsertlərə rəhbərlik edib.

Sənətçi son iki ildə Heydər Əliyev Sarayında keçirilən Arif Babayev, Səxavət Məmmədov, Beytül Səfa muğam məclisi, Məclisi Üns muğam məclisi, Məhəbbət Kazımov və Könül Kərimovanın solo konsertlərinin musiqi rəhbəri olub. Asif Kərimov müxtəlif vaxtlarda televiziyalarda yayımlanan səs yarışma layihələrində münsif kimi çıxış etməklə yanaşı, həm də ATV-də yayımlanan "Nanəli" verilişinin musiqi rəhbəri kimi fəaliyyət göstərib.2024-cü ildə Laçında keçirilən “Xarı Bülbül” musiqi festivalının musiqi rəhbəri olub.

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.