Corco Armani - İtaliya zərifliyinin ən gözəl simalarından biri Featured

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ondanbaşlayaqki, musiqivə kinoulduzlarının əksəriyyətini dünyaşöhrətli italyan modelyer Corco Armani geyindiribdir. Bəs həmin ulduzlar ona sağlığında necə qiymət veriblər?

Elə bundan başlayaq.

 

Leonardo Di Kaprio: "Armani geyimləri mənə həmişə özümü rahat və eyni zamanda zərif hiss etdirib."

(Di Kaprio uzun illərdir Armani kostyumlarını müxtəlif mükafat mərasimlərində geyinən aktyorlardan biridir).

Keyt Blançett: "Armani zərifliyin əsl mənasını bilir."

(Blançett dəfələrlə Armani geyimləri ilə qırmızı xalçada çıxış edib və onun sadə, lakin mükəmməl üslubunu tərifləyib).

Riçard Gir: "Corco mənim üçün sadəcə dizayner deyil, yaxın dostdur."

(1980-ci ildə çəkilən American Gigolo filmində Riçard Girin Armani kostyumları geyinməsi brendin dünya şöhrəti qazanmasında mühüm rol oynayıb).

Sofi Loren:"Armani İtaliya zərifliyinin ən gözəl simalarından biridir."

Mişel Obama: “Onun klassik dizaynları mükəmməldir”.

(Obama müxtəlif rəsmi tədbirlərdə Armani geyimlərinə üstünlük verib və onun klassik dizaynlarını yüksək qiymətləndirib).

Ledi Qaqa: “Armani ilə əməkdaşlıq yaradıcılıq və sənətin mükəmməl birləşməsidir.

Martin Skorsese: “Armanini modanı kino dili ilə danışdıran dizaynerlərdən

Tom Kruz: “Armani kostyumları insana klassik, zamansız görünüş bəxş edir”.

David Bekhem: “Armaninin kişi modası kişi zərifliyinin simvoludur!.

Vogue jurnalının baş redaktoru Anna Vintur isə Armani haqqında deyib: "Armani modada ardıcıllığın, intizamın və zamansız üslubun ən böyük nümunələrindən biridir."

Giorgio Armani haqqında deyilən məşhur fikirlər məgər birdir, ikidir?

"Armani lüksü nümayiş etdirmir, onu hiss etdirir."

"O, kişi kostyumunu yenidən kəşf edən dizaynerdir."

"Minimalizmi dəbdəbəyə çevirən insan."

"Onun yaratdığı üslub modadan daha çox həyat tərzidir."

Armani moda tarixində xüsusilə sadəlik, zəriflik və zamansız dizayn anlayışını formalaşdıran dizaynerlərdən biri hesab olunur. Onun haqqında deyilən fikirlərin böyük əksəriyyəti məhz bu xüsusiyyətləri vurğulayır.

Bildirək ki, Fəxri Legion ordeninin kavaleri Corco Armani 11 İyul 1934-cü ildə İtaliyanın Pyaçentsa şəhərində dünyaya gəlib. Pyaçentsa universitetində tibb üzrə təhsil alıb, lakin dizayn işlərinə aludə olduğundan təhsilini başa vurmayıb. 1964-cü ildə N. Çerrutinin firmasında, 1970-ci ildən isə hazır geyim firmalarında müstəqil işləməyə başlayıb. 1974-cü ildən öz markası ilə kişi və qadın geyimləri kolleksiyalarını hazırlayıb.

Armani ciddi, qüsursuz klassik üsluba sərbəst görünüş verə bilib. Qadın qarderobuna yumşaq yun parçadan kişi stilində tikilən şalvarlı kostyumlar əlavə edib. Armani kolleksiyalarına gənclər üçün cins parçadan geyimlər daxil edən (1981-ci ildən) ilk dizayner olub.

Armaninin estetik prinsipi "nəzərə çarpmayan moda"dır və buna görə də onun modellərində gözəl, dəbdəbəli parçalar və zərif, nəfis aksessuarlar sadə, aydın formalar əsasında birləşib.

O, "Olimpia Milano" basketbol klubunun prezidenti olub. Britaniya idmançılarını da geyindirib. Rusiyalı iş adamı Roman Abramoviçin dövründə "Çelsi" futbol klubu oyunçuları üçün kostyumlar hazırlayıb.

2025-ci ilin 4 sentyabrında Milan şəhərində dünya modasının ulduzu sönüb, Armani vəfat edib. Amma “Armani” lıyuks moda evi hələ bundan sonra da uzun illər zənginləri geyindirəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.