Azərbaycanın ən məşhur modeli Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

k elə bir faktı deyim ki, haqqında söz açdığım Rüstəm Cəbrayılov dünyanın müxtəlif məşhur brend kolleksiyalarının siması olub. Hansını deyim, "Brioni", "Gucci", "Yves Saint Laurent", "D&G", "Marc Ecko", "Çinici Collection", "Century 21" və sair.

Təsəvvür edirsiniz, bu nə deməkdir?

 

Rüstəm Cəbrayılov 8 iyun 1986-cı ildə Ukraynanın Luqansk şəhərində Abil və Sona Cəbrayılovların ailəsində anadan olub. Ailənin ən böyük övladıdır. Beş yaşında olarkən ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Orta təhsilini Azərbaycanda başa vurduqdan sonra 2004-cü ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə daxil olub. 2008-ci ildə universiteti bitirdikdən sonra coğrafiya müəllimi işləyib.

Rüstəm Cəbrayılov 2005-ci ildə modellik karyerasına başlayıb. Bakı Dövlət Universitetində oxuyarkən reklam çəkilişlərində iştirak etmək üçün dəvət alıb. Bir həftə sonra isə ona "Azercell"in reklam çarxlarına çəkilmək təklif olunub. Onun bu uğuru "The Best Model of Azerbaijan" milli model müsabiqəsinin seçim turlarında iştirak etmək üçün dəvət almasına səbəb olub.

2006-cı ilin noyabrında Azərbaycanın xalq artisti Aygün Kazımovanın rəhbərliyi ilə "The Best Model of Azerbaijan 2006" milli model müsabiqəsinə qatılıb. O, 14 iştirakçı arasında bu müsabiqənin qalibi olub. 2007-ci ilin noyabrında Nahit Kabakçı və modelyer Fəxriyyə Xələfovanın rəhbərliyi ilə təşkil olunan "The Best Model of Azerbaijan 2007"-də də birinci yerə çıxaraq ikinci dəfə bu yarışın qalibi olub.

Bir ay sonra, 2007-ci ilin dekabrında Türkiyədə keçirilən "The Best Model of the World 2007" beynəlxalq model müsabiqəsində 90 ölkədən gələn iştirakçılar arasında birincilik mükafatını qazanıb. Bu nailiyyətdən sonra ona türk kino şirkətlərindən film və seriallarda baş rol oynamaq üçün təkliflər gəlib.

 

Rüstəm Cəbrayılov çoxsaylı beynəlxalq moda həftələrində də çıxış edib və tanınmış brendlər və şirkətlərlə, o cümlədən Calvin Klein, Gucci, Yves Saint Laurent və bir çox başqaları ilə əməkdaşlıq edib. Nyu-York, Milan, Paris, İstanbul, Hindistan, Çin, İndoneziya və Dubay kimi ölkə və şəhərlərdə Azərbaycanı qlobal moda səhnələrində təmsil edib.

Müxtəlif brendlərin siması olub və bütün dünyada moda nümayişlərində və reklam kampaniyalarında iştirak edib. Rüstəm modellik karyerası ilə yanaşı, aktyorluğu da davam etdirib. O, bir neçə filmdə, o cümlədən görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin hekayələri əsasında çəkilmiş "Nazik mətləb" filmində baş rolları ifa edib.  O, həmçinin Azərbaycanda 20 Yanvar hadisələri kimi tarixi hadisələrlə bağlı filmlərdə önəmli obrazları canlandırıb.

 Bundan əlavə, Rüstəm Cəbrayılov Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanın müxtəlif bölgələrində gənclər üçün maarifləndirici sessiyalar keçirərək maarifləndirici təşəbbüslərdə fəal iştirak edib. O, gənc istedadlara mentorluq edib, onlardan bəziləri bütün dünyada modellik və digər sahələrdə uğur qazanıb.

2010-cu ilin iyun ayında Rüstəm Cəbrayılov moda sahəsindəki karyerasını davam etdirmək üçün ABŞ-ın Nyu-York şəhərinə köçüb. O, modellik dünyasının incəliklərini öyrənmək üçün Nyu-Yorkda ixtisaslaşmış modellik məktəbinə yazılıb. "Red Model Management New York City"də model kimi çalışıb.

2012-ci ildə Rüstəm Nyu Yorkda Maykl Bastian, Adrian Alicea və Patritsia Fild kimi tanınmış dizaynerlərin moda nümayişlərində və tədbirlərində iştirak edərək uğurlu bir il keçirib. O, həmin ildən "21-ci əsr" ("Century 21") kişi geyimlərinin siması olub və onların reklamlarında Tayms Meydanındakı bilbord və afişalarda görünüb.

2012-ci ilin dekabrında Rüstəm Cəbrayılov Nyu-Yorkdakı "Kingsborough Community College"-ə sənəd verib və qəbul olunub. 2013-cü ildən ikinci ali təhsilini kollec tələbəsi kimi davam etdirib.

 

Moda nümayişi:

"Proexport/Columbia fashion show", "Adrian Alice fashion show", "Misheal bastian fashion show", "Calvin Klein fashion show"

 

Reklam kompaniyaları:

"Cream & Chillingworth", "Radding(lenox bridal shoot)", "Sandro campaign Paris", "Safe life Azerbaijan", "Azercell", "Nissan", "Samsung"

 

Jurnalların üz qabığı:

"Viral fashion magazine", "Time Out magazine", "New York magazine", "Psychology Today", "Wedding magazine", "Details magazine", "Dew magazine", "New york magazine", "Vouge magazine" və s.

 

Filmoqrafiya

Modelliklə yanaşı, kino sahəsində də çalışıb, müxtəlif filmlərdə çəkilib:

- Don Marleone

- 20 Yanvarda doğulanlar

- Nazik mətləb

- Doğma torpaq

- Xosrov və Şirin

- Абрикосоваягоречь

- Himayədar

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.