İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
ElmanBədəlovkamançasını bir ayrı cür dilləndirirdi. Həm solo ifaçı kimi və həm də muğam üçlüyünün tərkibində konsertlərdə çıxış edir, bir çox ölkələrdə - Türkiyə, Yaponiya, Danimarka, İsveç, Norveç və s. qastrol səfərlərində, beynəlxalq musiqi festivallarında çıxış edirdi, mədəniyyətimizi şərəflə təbliğ eləyirdi. Kamançada çaldığı "Bayatı-Şiraz" "Dilkəş", "Şüştər" və s. muğamları, bəstəkarların əsərlərini elə məharətlə ifa edirdi ki, xüsusən əcnəbilər bir çalğı alətindən bu qədər əsrarəngiz, yanıqlı səsin çıxmasına təəccüblənirdilər...
Elman Bədəlov 4 iyun 1929-cu ildə Ağdam rayonunda anadan olub. Gənc yaşlarından musiqi ilə məşğul olub, tar və kamaça alətlərində meyl salıb. Ağdam Dövlət Dram Teatrının tamaşalarında, kosertlərlə çıxış edib, Azərbaycan gənclırinin II festivalının laureatı olub (1957).
Bununla yanaşı, Ağdam Pedoqoji Məktəbində fizika-riyaziyyat sahəsində təhsil alıb və müəllim kimi çalışıb. Peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində (1957-1961) və Azərbaycan Dövlət Konservatoriyasında (1975-1980) alıb.
1958-ci ildən ömrünün sonuna kimi Azərbaycan Teleradiosunun S.Rüstəmov adına xalq çalğı ansambl-orkestrinin solisti və kamaça qrupunun konsertmeysteri olub.
Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib, bir çox olimpiadalarda və festivallarda iştirak edib.
Elman Bədəlov 25 iyun 1991-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.06.2026)


