İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Həyatının maraqlı məqamlarıaz olmayıb. Məsələn, o, Tatyana Neçayeva ilə ailə həyatı qurub və bu cütlükdən Fərəc adlı oğlu və Züleyxa adlı qızı dünyaya gəlib. O, öz həyat yoldaşını çox sevib, başa düşüb və etibar edib. Həyat yoldaşına həsr olunan yeganə musiqi əsəri — prelyüdiya lya majoru Qara Qarayev yuxuda eşidib, səhər isə nota alaraq Tatyanaya bəxş edib.
O, həm də fotoqrafiya həvəskarı idi və boş vaxtlarında fotoşəkillər çəkərdi. Onun müxtəlif markalı fotoaparatları var idi və xarici səfərləri zamanı ən maraqlı epizodları lentə alardı...
Bu gün dahi bəstəkar Qara Qarayevin anım günüdür. Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim, təbabət professoru Əbülfəz Qarayev və Sona xanım Axundova-Qarayevin ailəsində anadan olub. Qara Qarayevin atası — əməkdar elm xadimi, Azərbaycanda ən qabaqcıl uşaq həkimi və Azərbaycan Demokratik Respublikası qurulanadək diaqnost, daha sonralar isə nəzəriyyəçi kimi böyük ad-san qazanıb.
Anası Sona xanım isə "Müqəddəs Nina" məktəbinin Bakı bölməsini bitirib. O həm də fortepiano ifaçılığı təhsili alıb. 1925-ci ildə Qara Qarayev konservatoriya yanında musiqi məktəbində oxuduğu zaman pianoçu və pedaqoq Vladimir Mixayloviç Kozlov ilə tanış olub. Qara Qarayev V. M. Kozlovun Azərbaycandan çox-çox uzaqlarda tanınmasını yüksək qiymətləndirib. Bu haqda o belə deyib:
Qarayevin yaradıcılığında V. M. Kozlovun adı ilə bağlı əsərlərdən onun dünyadan köçdüyü 1960-cı ildə yazılıb və xatirəsinə həsr olunan violino ilə fortepiano üçün sonatanı göstərmək olar. 1926-cı ildə Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib. 1930-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Bakı musiqi fəhlə fakültəsinin fortepiano sinfinə (professor Georgi Şaroyevin sinfi) daxil olub.
1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Leopold Rudolfun sinfində oxuyub. Təhsil müddətində professor Üzeyir Hacıbəyovdan Azərbaycan xalq musiqisinin əsasları üzrə dərs alıb. Üzeyir Hacıbəyovun sinfində Qara Qarayev "Azərbaycan xalq musiqisinin əsasları" fənnini keçib. Hacıbəyov ilk andan Qara Qarayevin gələcəkli istedadını aşkarlaya bilib. Sonralar Qara Qarayev belə söyləyib:
"O, əgər belə desək, mənim milli ruhum uğrunda çarpışırdı."
Qarayev muəllimi Üzeyir Hacıbəyova bəslədiyi sonsuz minnətdarlığını ömrünün sonunadək qoruyub saxlayıb. Üzeyir Hacıbəyovun yaradıcılığında və Azərbaycanda ilk violino, violonçel və fortepiano triosunda həyata keçirilən aşıq üslubu Qara Qarayevi 1965-ci ildə həmin əsərin "Aşıqsayağı" simfonik transkripsiyasını yaratmağa ilhamlandırıb. 1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilib. 1938-ci ildə Moskva Dövlət Konservatoriyasının tələbəsi olub.
1938-ci ildə ilk böyük əsərini xor, simfonik orkestr və rəqs ansamblı üçün Rəsul Rzanın sözlərinə "Könül mahnısı" kantatasını bəstələyib. Həmin ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün iştirakçısı olub. 1941-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində işləyib. 1943-cü ildə birinci simfoniyanı yazıb. 1944-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini olub.
1946-cı ildə ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində müəllim işləyib. 1946-cı ildə SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi seçilib. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının dosenti olub. Həmin ildə Ümumittifaq Sovet Bəstəkarlatının I qurultayının nümayəndəsi olub. 1949-cu ildə Üzeyir Hacıbəyov adına İncəsənət İnstitutunun musiqi bölməsinin rəhbəri seçilib.
1961-ci ildə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı əsəri əsasında yazdığı "İldırımlı yollarla" baletindən İkinci süitanın ifası ilə bağlı Los-Ancelesdə I beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı olub. Həmin ildə Leninqrad Kiçik Opera Teatrının qastrolları zamanı Qahirədə "Yeddi gözəl" baletinin tamaşaya qoyulması ilə bağlı Misirdə səfərdə olub. 1963-cü ildə "Yeddi gözəl" baleti Birləşmiş Ərəb Əmirliklərində və CAR-da səhnəyə qoyulub.
Həmin ildə Leninqrad Kiçik Opera Teatrının qastrolları zamanı Qahirədə "Yeddi gözəl" baletinin tamaşaya qoyulması ilə bağlı Misir Ərəb Respublikasında səfərdə olub. 1964-cü ildə SSRİ Böyük teatrının qastrolları zamanı "İldırımlı yollarla" baletinin tamaşaya qoyulması ilə bağlı "Varşava payızı" çağdaş musiqi festivalında iştirak edib. 1965-ci ildə Kamera orkestri üçün məşhur 3-cü Simfoniyanı bitirib. Aprelin 21-i Moskvada, iyunun 2-i Bakıda Üçüncü simfoniyanın ilk ifası baş tutub.
1971-ci ildə Moskvada açılan Beynəlxalq Musiqi Konqresinin yekun konsertində III Simfoniya böyük uğur qazanıb. "Qoyya" filmininə yazdığı musiqi ilə bağlı çəkiliş bölüyü ilə Almaniya Demokratik Respublikasında səfərdə olub. 1972-ci ildə "Varşava payızı" çağdaş musiqi festivalında və bəstəkarlar ittifaqları katibliklərinin toplantılarında keçirilən balet artistlərinin İkincı beynəlxalq musabiqəsində münsiflər heyətinin üzvü olub. 1973-cü ildə "İldırımlı yollarla" baleti Odessa Opera və Balet Teatrında səhnəyə qoyulub.
Həmin ildə P. İ. Çaykovski adına V beynəlxalq musiqi musabiqəsinin münsiflər heyətinin üzvü, modal musiqi məsələləri ilə bağlı Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib. 1975-ci ildə Leninqradda yaradıcılıq gecəsi konserti keçirilib. 1976-cı ildə III Simfoniya Praqa şəhərində uğurla səsləndirilib. Həmin ildə "Gənc bəstəkarların yetişdirilməsi" simpoziumunun işində iştirak edib, sovet və italyan bəstəkarlarının ikitərəfli iştirakı ilə bağlı İtaliyanın Pezaro şəhərinə səfər edib.
Operalar
- Vətən (1945)
- Zəriflik (1972)
Baletlər
- Yeddi gözəl (1952)
- İldırımlı yollarla (1958)
- Leyli və Məcnun (1969) Simfonik Poema.
Müzikllar
- Çılğın qaskoniyalı (1973)
Xor, solistlər və orkestr üçün — kantata və oratoriyalar
- Könül nəğməsi (1938)
- Səadət nəğməsi (1947)
- Partiyamızdır (1959)
- Lenin (1970)
- Dostluq himni (1974)
Orkestr üçün — simfoniyalar
- Birinci simfoniya (Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə) (1944)
- İkinci simfoniya (1946)
- Alban rapsodiyası (1952)
- Üçüncü simfoniya (kamera orkestri üçün) (1965)
- Qoyya (Yaşlılar və uşaq xorları və simfonik orkestr üçün) (1979)
- Don Kixot (1960)
Suitalar
- Azərbaycan süitası (1939)
- Passakaliya və üçlü fuqa (1941)
- Yeddi gözəl baletindən suita (1949)
- Xəzər neftçiləri haqqında dastan filmindən suita (1953)
Solo alətlərlə orkestr üçün
- Sevinc poeması (fortepiano ilə orkestr üçün) (1937)
- Violino ilə orkestr üçün Konsert (1967)
Kamera-instrumental ansamblları
- Simli kvartet üçün fuqa (1940)
- Simli kvartet üçün kvartettino (1942)
- 1-ci simli kvartet (1942) (itirilib)
- 2-ci simli kvartet (a-moll) (1947)
Filmlər üçün yazdığı musiqilər
- Ordenli Azərbaycan (1938)
- Bir ailə (1943)
- Xəzər dənizçiləri (1944)
- Bakının işıqları (1950)
- Mingəçevir (1950)
- Xəzər neftçiləri haqqında dastan (1953)
İştirak etdiyi filmlər
- Axşam konserti (film, 1948)
- Bülbül (film, 1968)
- Respublikam haqqında həqiqət (film, 1972)
- Ürək nəğməsi (film, 1989)
Əsərlərindən istifadə edilən filmlər
- Doğma xalqıma (film, 1954)
- 150 il. Mirzə Fətəli Axundov (film, 1962)
- Üçüncü simfoniya (film, 1968)
- Abşeron ritmləri (film, 1970)
- Dostluq himni (film, 1974)
- Əfsanələr aləmində (film, 1975)
- Nəğməkar torpaq (film, 1981)
Mükafatları
1. Sosialist Əməyi Qəhrəmanı
2. "SSRİ xalq artisti" fəxri adı
3. "Azərbaycan SSR xalq artisti" fəxri adı
4. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
5. "Lenin" mükafatı
6. "Stalin" mükafatı
7. "Lenin" ordeni
8. "Oktyabr inqilabı" ordeni
9. "Qırmızı əmək bayrağı" ordeni
10. "Qafqazın müdafiəsinə görə" medalı
Qara Qarayev 1982-ci il mayın 13-də Moskva şəhərində vəfat edib, Bakıda Fəxri Xiyabanda dəfn olunub. Bəstəkarın qəbir daşını memar Tələt Xanlarov hazırlayıb. 1960-cı ildə rəssam Tahir Salahov Qara Qarayevi "Bəstəkar Qara Qarayevin portreti"ndə təsvir edib. Rəsm əsəri Moskva Dövlət Tretyakov Qalereyasında saxlanılır. Xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrin birində Tahir Salahov bunu qeyd edib:
"Mən bu əsərin üzərində işləyərkən tez-tez Opera və Balet Teatrına gedib, Qara Qarayevin baletlərinə tamaşa edirdim. Hər gün onun musiqisini dinləyirdim. İstəyirdim ki, Qaranın musiqi dünyasını tamamilə mənimsəyə bilim. Bax, bundan sonra portreti başa çatdırdım."
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(13.05.2026)


