İki möhtəşəm iyun gecəsi sizləri gözləyir Featured

“Ocaq” Müasir Sənət Mərkəzi “Bakı gecələri” layihəsini təqdim edəcək

 

Azərbaycanın mədəni həyatına yeni bir ünvan əlavə edilir. Bu, “Ocaq” Müasir Sənət Mərkəzi“dir.

20 – 21 iyun  tarixlərində  “Ocaq” Yaşıl Teatrda “Bakı gecələri”  layihəsini təqdim edəcək, paytaxtımızın yay gecələrinə gözəl əhval-ruhiyyə və həzinlik qatacaq.

 

Layihənin ideya rəhbəri Əməkdar artist Ramil Qasımov “Ədəbiyyat və incəsənət” portalına bildirib ki, iyunun 20-də, saat 20.00 - da “Bakı gecələri”ndən 1-cisi “Azərbaycan kinosunun qızıl fondu” adı altında kino musiqimizə həsr ediləcək. Burada milli  kinomuzun ən  sevilən və yadda qalan mahnıları ölkənin tanınmış ifaçıları, həmçinin aktyorlarımız tərəfindən səsləndiriləcək. Bu gecə kino musiqisinin unudulmaz atmosferini canlandıracaq, özəlliyi ilə hər kəsin zövqünü oxşayacaq.

İyunun 21-də, saat 20.00-da isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının  təqdimatında  dahi  bəstəkar  Üzeyir Hacıbəylinin  “O olmasın, bu olsun”  operettası  ilk  dəfə  olaraq  açıq  səma  altında  nümayiş  etdiriləcək.

“Ocağ”ın bu unudulmaz gecələrində xalq artistləri Flora Kərimova, Niyaməddin Musayev, Hacı İsmayılov, İlham Namiq Kamal, Həmidə Ömərova, həmçinin Əməkdar artistlər Gülüstan Əliyeva, Lalə Məmmədova, Aqşin Abdullayev, ifaçılar  Fatimə Cəfərzadə, Amil Həsənoğlu, Kamilə Nəbiyeva, Aşıq Əli, Zabitə Alıyeva, Səbinə Ərəbli, Ayaz Qasımov, İlkin Fuad, Həyat Məmmədova, Zeynal Əhmədov, Ərəstun Quliyev və gənc ifaçı Sevgim tamaşaçılara xoş dəqiqələr bəxş edəcəklər.

Yeni orkestr təqdimatı, rəqs qrupu, xüsusi hazırlanmış ssenari gecəyə sehr qatacaq.

Qeyd edək ki, “Bakı gecələri” layihəsi mədəniyyət səhəsində fərqli formatda təqdim olunacaq tədbirlər toplusudur, özündə yüksək zövqü ehtiva edir, bilavasitə geniş tamaşaçı auditoriyası üçün  nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.