İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
O, 2002-ciildə Makedoniyayadəvətolunaraq 2008-ciilədəkMakedoniyaMilliSimfonikOrkestrinə baş dirijorkimifəaliyyətgöstərib. 2018-ci il — Caspi Art Beynəlxalq müsabiqəsinin Qran-pri qalibi olub. Üzeyir Hacıbəyovun bir çox əsərlərinə, o cümlədən operalarından parçalara dirijorluq edib. O, Moskva, Sankt-Peterburq və London Kral Simfonik Orkestrlərini idarə etmiş, Aberdin, Bethoven, Babil, Oxrid və bir sıra başqa festivallarda iştirak edib.
Mən Ramiz Məlik-Aslanov barədə danışıram.
Ramiz Məlik-Aslanov 14 mart 1942-ci ildə Bakıda anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir. Uşaqlıqdan musiqi ilə məşğul olmağa başlayıb, altı yaşından İsaak Mixayloviç Turiçin sinfində təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) təhsil alaraq 1959-cu ildə buranı bitirib.
1959–1965-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) violonçel sinfi üzrə, 1966-cı ildən isə N. A. Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasında (indiki N. A. Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası) opera-simfonik dirijorluq ixtisası üzrə aspiranturada təhsilini davam etdirib.
Musiqi məktəbində oxuduğu illər ərzində SSRİ xalq artisti Müslüm Maqomayevla parta yoldaşı olmuş, musiqi məktəbini bitirdikdən sonra dost qalıblar. Ramiz Məlik-Aslanov aspiranturanın 5-ci kursunda oxuyarkən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dirijor assistenti vəzifəsində çalışmağa başlayıb, həmin il "Qırmızı papaq" uşaq operasını tamaşaya hazırlayıb.
Leninqradda təhsilimi başa vurduqdan sonra isə Azərbaycan SSR Dövlət Televiziya və Radiosunun Simfonik Orkestrinin baş dirijoru təyin edilib. Həmin orkestrlə bir çox ölkədə qastrol səfərində olub. 1977–1979-cu illərdə Qahirə Konservatoriyasının orkestrində çalışıb, 1980–1987-ci illərdə yenidən Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Simfonik Orkestri ilə çalışaraq orkestrin bədii rəhbəri və dirijoru olub.
1988-ci ildə İraqa dəvər edilərək buradakı milli simfonik orkestrinin baş dirijoru vəzifəsində, Azərbaycana qayıtdıqdan sonra isə Bakı Musiqi Akademiyasında Opera hazırlığı kafedrasının müdiri vəzifəsində çalışıb. Bir müddət sonra isə Qara Qarayev adına Dövlət Kamera Orkestrinin baş dirijoru təyin olunub. Sonra isə Türkiyədə çalışmağa başlayıb. 1995–2022-ci illərdə İstanbul Universitetinin Dövlət Konservatoriyası orkestrinin baş dirijoru işləyib.
Mükafatları:
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi"
- "Azərbaycan Respublikasının xalq artisti"
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
“Ədəbiyyat və incəsənət”
(14.03.2026)


