İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Yeni dalğa müğənniləri içində özünəməxsus ifa tərzi olan Çingiz Mustafayevin bu gün doğum günü – yubileyidir, 35 yaşı tamam olur.
Çingiz Mustafayev 11 mart 199-ci ildə Moskvada anadan olub və uşaqlıq illərini orada keçirib. Amma Sovet İttifaqı dağıldıqdan sonra baş verən qarışıqlıq dövründə o, ana vətəninə — Qazaxa köçüb. Onun atası işinə vurğun həvəskar musiqiçi olub və dostları ilə birlikdə toplaşanda tez-tez piano çalıb və mahnı ifa edib. Baxmayaraq ki, Çingizə atasının musiqi qabiliyyəti irsən keçib, amma o, saza, pianoya, milli musiqiyə deyil, öncə ispan musiqisinə bağlanıb, alovlu, ritmik ispan musiqisinə sevgi onda gitara çalmaq həvəsi oyadıb.
Qazaxdakı sakit kənd həyatı Çingizə saatlarca çalğı alətinə köklənmək imkanı verib, uzun yay günləri, diqqətin az yayılması və intuitiv musiqi qabiliyyəti təkrarsız və ritmik ifa üslubunun formalaşmasına gətirib çıxarıb.
Çingiz Mustafayev bir çox gənclər kimi “Yeni ulduz” telemüsabiqəsinin çinelindən çıxıb, 2011-ci ildə İctimai TV-də yayımlanan Avroviziya milli seçim turunda iştirak edib. 2012-ci ildə "Palmas" musiqi qrupunu yaradıb.
2013-cü ildə Azərbaycanı Yurmalada keçirilən Yeni Dalğa müsabiqəsində təmsil edib, müsabiqə çərçivəsində Polina Qaqarina ilə bir səhnə alaraq 11-ci yerdə qərarlaşıb. O 2016-cı ildə Ukraynanın Holos Krainy (Голос країни) səs yarışmasında iştirak edib. Yarışmada iştirakını dayandırdıqdan sonra Çingiz özünün qurduğu "Palmas" qrupu ilə birlikdə çıxışlar etməyə başlayıb. Onlar əsasən Azərbaycan milli musiqisini flamenko, rok və pop musiqisi ilə qarışdıraraq ifa edirlər.
Bəli, o yenilikləri, fərqlilikləri çox sevir. Elə bu da onun uğurlarının rəhnidir.
Mahnıları
"Qürbət"
"Get"
"Tənha Gəzən"
"Truth"
"Bir Sözlə"
"Can can"
"Vətənim Kimiyəm"
"Yanıma gəl"
"Dayan zaman"
"Gülzar istərəm (Məhəmməd Füzuli)"
“Ədəbiyyat və incəsənət”
(11.03.2026)


