İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Yeni nəsil musiqi təmsilçilərindən biri barədə danışaq – bu gün 42 yaşını qeyd edəcək Hüseyn Hüseynov barədə. Həm ifaçı, həm bəstəçi, həm təşkilatçı... – eyni zamanda bir neçə ampluada çıxış etmək əlbəttə ki, çətin və məsuliyyətlidir.
O, 1984-cü il mart ayının 2-də Bakı şəhərinin Xətai rayonunda anadan olub. 1991–2000-ci illər paytaxtın 63 saylı orta məktəbində və 1996–2000-ci illər Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbində təhsil alıb. 2002–2006-cı illər Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində İnstrumental ifaçılıq ixtisası (klarnet aləti) üzrə təhsil alıb.
2018-ci ildə Azərbaycan Milli Konservatoriyasına daxil olaraq, "Estrada sənəti" ixtisası üzrə təhsilini bitirməkdədir. 1993–1994-cü illər ilk musiqi dərslərini atası musiqiçi Məşədi Məhəmməd Hüseynovdan alıb. 1996–2000-cı illər Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbində təhsil alarkən, tanınan saksofon ifaçısı Eldar Zeynalovdan da dərslər alıb.
1998–2000-ci illər klarnet ifaçılığı üzrə bilikləri artırmaq üçün Qulammirzə Mirzəyevdən dərslər almağa davam edib. İlk dəfə 1998-ci ildə "Qönçə 98" adlı musiqi müsabiqəsində iştirak edərək, müsabiqənin nəfəs alətləri üzrə laureatı olub. 1999-cu ildə Fikrət Əmirov adına "Nəfəs alətləri" üzrə musiqi yarışmasında iştirak edib.
İlk dəfə 2003-cü ildə müəllifi Nadir Əzimov olan "Əlvida Cəmilə" adlı kompozisiyasını ifa edərək, 2004-cü ildə eyniadlı "Əlvida Cəmilə" albomunu buraxıb. 2010-cu ildə "Yenə tək", 2013-cü il "Təkcə səni", 2017-ci il öz bəstəsi olan "Ürəyimin səsi" ifa etdiyi kompozisiyalar musiqiçiyə populyarlıq qazandırıb
2006–2008-ci illər Şeron qrupunun və Elton Hüseynəliyevin ansamblında klarnet ifaçısı olub. 2014-cü ildə Xalq artisti, qarmon ifaçısı Ənvər Sadıqovla birlikdə Avstriyanın Vyana şəhərində keçirilən dövlət tədbiri olan Nar bayramı konsertində çıxış edib. 2015-ci ildə Aslan Növrəsli və Əməkdar artist, pianoçu Şahin Növrəsli ilə birlikdə Birləşmiş Krallığın paytaxı Londonda konsert proqramı baş tutub.
Bu Şəhərdə kollektivinin bir çox konsertlərinin ansamblla birlikdə və solo musiqi müşayiətini edib. Xalq artistlər Aygün Kazımova, Röya Ayxan və Əməkdar artistlər Aybəniz Haşımova, Elton Hüseynəliyev və tanımış Qismət Məmmədzadə, Zamiq Hüseynov kimi populyar müğənnilərlə işbirliyi olub.
2004-cü ildənsolokaryerasınabaşlayıb, 2011-ci "Nəfəs" adlı instrumentalansamblını yaradıb. Hal-hazırda ansamblı ilə birlikdə və solo ifalarla fəaliyyətini davam etdirməkdədir. Bir sıra kompozisiyaların bəstə müəllifidir. İncəsənət nəhəngləri olan Xalq artistləri Siyavuş Kərimi və Ənvər Sadıqov kimi musiqiçilərdən böyük dəstək görüb.
Musiqiçi, populyar komediya aktyorlarının Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Fərda Xudaverdiyev, müğənni Nigar Camal və rejissor Aqil M. Quliyevin yer aldığı komediya filmi olan "Kəklikotu" və "Qız qaçırtma 2" filmində rol alıb. 2013-cü ildə Maşın Şou yarışmasında iştirak edib, son iki finalçıdan biri olub və Dj Çina oyunda qalib gəlib.
Albomlar
Əlvida Cəmilə
Sözsüz
Kompozisiyalar
Əlvida Cəmilə
Mən səni axtarıram
Vağzalı
İlahə
Bağışla
Filmoqrafiya
Kəklikotu
Qız qaçırtma 2
“Ədəbiyyat və incəsənət”
(02.03.2026)


