Qara gözlər oxuyan mavi gözlü Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

İşə baxın ki, bu gün iki şəxsin anım günün olduğunu qeyd edirəm. Və hər ikisi birdən-birə iki xalqa məxsusdur. Məsud Şeyxzadə Azərbaycanın və Özbəkistanın, Leyla Şaripova isə Azərbaycanın və Tacikistanın fəxri olublar...

 

Bəli, bu gün məşhur "Qara gözlər" və "Badam çiçəyi" adlı fars mahnılarının müəllifi Leyla Şəripovanın anım günüdür.

Leyla Şəripova 1930-cu il yanvarın 28-də Bakıda anadan olub. Atası İzmir türkü, anası isə azərbaycanlıdır. Bir müddət Sədrəddin Əyni adına Tacikistan Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. 1978-ci ildə Bakıya köçüb və 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin aparıcı solisti işləyib.

 Yevgeni Jıvayevin rəhbərliyi ilə Özbəkistan Televiziya və Radio xalq çalğı alətləri ansamblının, Adil Bağırovun rəhbərliyi ilə "Xatirə" xalq çalğı alətləri ansamblının və Gülarə Əliyevanın rəhbərliyi ilə "Dan ulduzu" instrumental ansamblının müşayiəti ilə çıxış edib. 1988-ci ildən Almaniyanın Düsseldorf şəhərində yaşayıb.

 

Onun repertuarında türk, əfqan, azərbaycan, erməni, türkmən, ərəb, fars, özbək və ispan mahnıları olub. Müğənninin ifaları nüfüzedici lirizim ilə, şeriyyətlə fərqlənir. Leyla Şəripovanın ustalığı və zərif vokal mədəniyyəti dinləyicilərin məhəbbətini qazanıb. Həm də bəstəkar və nəğməkar şair olub, 10 mahnının sözlərini yazıb, "Qara gözlər" və "Badam çiçəyi" adlı fars mahnıları xüsusilə məşhur olub.

 

Mükafatları

- Tacikistan SSR əməkdar artisti

- Tacikistan SSR xalq artisti

- Azərbaycan SSR xalq artisti

 

Leyla xanım 2024-cü il fevral ayının 19- da Almaniyanın Düsseldorf şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.