O və həyat yoldaşı “Şelkunçik”də əsl triumf yaşayıblar… Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Unutmuşam, hansısa bir ölkədə opera və baletteatrının qarderobçusu belə bir fikir söyləyib: “Baletə demək olar, həmişə eyni adamlar gəlirlər. Əksəriyyət üçünsə ya balet anlaşılmazdır, ya da mənasız məşğuliyyət”.

Çox təəssüf ki, bu cür gözəl incəsənət sahəsi tamaşaçı auditriyası qazana bilmir…

 

Bu gün tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundovanın anım günüdür.

O, 7 avqust 1931-ci ildə Bakıda anadan olub. 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçib. Azərbaycan Opera və Balet Teatrının solisti olub. 1971 ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteridir. Əsas partiyaları:

- Ayişə və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q. Qarayev)

- Gülşən ("Gülşən", S. Hacıbəyov)

- Gülyanaq ("Qız qalası", Ə. Bədəlbəyli)

- Şirin ("Məhəbbət əfsanəsi", A. Məlikov)

- Zarema ("Baxçasaray fontanı", B. Asafyev)

- Jizel ("Jizel", A. Adan)

 

Həyat yoldaşı Maqsud Məmmədovla Azərbaycan Opera və Balet Teatrında birgə çıxışları:

- "Xəzər balladası" (1968, T. Bakıxanov)

- "Qobustan kölgələri" (1969, F. Qarayev)

- "Yallı" və "Azərbaycan süitası" (1969, R. Hacıyev)

- "İldırımlı yollarla" və "Yeddi gözəl" (1975, 1978, Q. Qarayev)

- "Babək" (1986, A. Əlizadə)

- "Şelkunçik" (1988, P. Çaykovski)

 

Habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" baletlərinin quruluşunu verib. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib.

 Əlcəzairdə "Üç inqilab" (1973, R. Hacıyev; M. Məmmədovla birgə) ilk milli baletini, Malmödə "Muğam" (1975, N. Əliverdibəyov) musiqili xoreoqrafiya lövhəsini, Qahirədə "Yeddi gözəl" (1979), Antverpendə "Kaleydoskop (1980, F. Qarayev) baletlərini (hər ikisi M. Məmmədovla birgə) tamaşaya qoyub.

"Xəzər balladası", "Qobustan kölgələri" və "Azərbaycan süitası" 1969 ildə Parisdə keçirilən 7-ci Beynəlxalq rəqs festivalında nümayiş etdirilib və Paris Rəqs Akademiyasının diplomuna layiq görülüb. 1994-cü ildə "Yeddi gözəl" baletini Ankarada tamaşaya qoyub (M. Məmmədovla birgə).

 

Filmoqrafiya

- Doğma xalqıma

- Abşeron ritmləri

- Dədə Qorqud

- Qərib cinlər diyarında

- Qayınana

 

Təltif və mükafatları

1. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

2. "Azərbaycan SSR xalq artisti" fəxri adı

3. "Şərəf nişanı" ordeni

4. Azərbaycan Respublikasının "Şöhrət" ordeni

5. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Uzun sürən xəstəlikdən sonra baletmeyster Rəfiqə Axundova 6 fevral 2024-cü ildə 92 yaşında vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.