Əməkdar artistin anım günüdür Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün əməkdar artist, opera ustası, vokal ifaçısı Kamal Kərimovun anım günüdür.

Kamal Kərimov 20 fevral 1925-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Tələbə olarkən "Koroğlu" operasında Nadir roluna dəvət olunub.

 

Amma teatr karyerası yarımçıq kəsilib. Böyük Vətən müharibəsinə yollanan Kərimov ali musiqi təhsilini müharibədən qayıtdıqdan sonra başa vurub.

Lirik tenor səs tembrinə sahib olan Kamal Kərimov təyinatla Azərbaycan Dövlət Musiqili Komediya Teatrına göndərilib. 1949-cu ilin əvvəllərində, teatr bağlananda Filarmoniyanın nəzdindəki musiqili komediya ansamblında və daha sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyib. Bir müddət sonra müəllimliyə keçərək uzun müddət Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərib

 

İfa etdiyi əsas rollar

«Musiqili Komediya Teatrında»

1. Məşədi İbad - Sərvər

2. Arşın mal alan - Əsgər

3. Ulduz - Bəxtiyar

4. Ürəkçalanlar - Kirmanlı

5. Toy kimindir? - Mehman

6. Durna     - Aşıq Murad

7. Gözün aydın - Alay

8. Hacı Qara - Heydər bəy

9. Bayadera - Racami

10. Qızılaxtaranlar - Nadir

11. Kəndimizin mahnısı - Lətif

 

«Opera teatrında»

1. Koroğlu  - Nadir

2. Arşın mal alan  - Əsgər

3. Sevilya bərbəri - Qraf Almaviva

4. Demon -  Knyaz Sinodal

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

 

Kamal Kərimov 13 yanvar 1992-ci ildə Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.