Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəısənət” portalının sual-cavab rubrikasında növbəti oxucu sualını cavablandırırıq.
SUAL: Hörmətli redaksiya, mümkünsə ölkəmizdə baş tutan “Oriental Fashion Show” - moda nümayişi barədə məlumat verərdiniz. (Aynur Cəlilova, Bakı şəhəri)
Yola saldığımız ilin son ayında – dekabrın 8-də “İslam Əməkdaşlığı Təşkilatı Mədəniyyət Festivalı: Bakı Yaradıcılıq Həftəsi – 2025” çərçivəsində “Oriental Fashion Show” - moda nümayişi təşkil olunub.
Bakı Konqres Mərkəzində keçirilən dəfilədə Azərbaycan, Bəhreyn, Misir, Qazaxıstan, Mərakeş, Oman, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistandan olan dizaynerlərin Şərq dünyasının zəngin mədəni irsindən və bədii ənənələrindən ilhamlanaraq ərsəyə gətirdikləri kolleksiyalar təqdim edilib.
Şərq dünyasının mədəni rəngarəngliyini və zərifliyini əks etdirən geyim nümunələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Layihədə ölkəmizi Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, Cizgi brendinin yaradıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilova təmsil edib.
Şəkildə: Gülnarə Xəlilova nümayiş zamanı.
“Ədəbiyyat və incəsənət”
(10.01.2026)


